Bankların "müalicəsi" bir neçə il davam edəcək
Bank sektorunda sağlamlaşdırma tədbirləri davam etdirilir və bu, bir neçə il davam edəcək.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
Samir Şərifov bildirib ki, Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin dövlətin üzərinə götürülməsi ilə, təxminən, 300 mln. ABŞ dolları məbləğində vəsaitə qənaət olunub.
Onun sözlərinə görə, bu prosesdən ABB-nin əmanətçiləri zərər çəkməyib və onların hamısının hüquqları qorunub.
"Bank xarici kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməli idi, əks təqdirdə, defolt olacaqdı. Buna görə də, dövlət bankın öhdəlikərini öz öhdəlikləri ilə əvəzlədi, yəni öz üzərinə götürdü. Nəticədə xarici borc 2,4 mlrd. dollar artıb. ABB-nin reytrinqləri yaxşılaşmağa doğru gedir və Bank sabit rejimdə öz fəaliyyətini davam etdirə bilər. Biz bankın kreditorları ilə görüşdük, onları inandırdıq ki, bu ən yaxşı yoldur. Çünki dövlətin aldığı borc Bankın aldığı borcla müqayisədə daha etibarlıdır. Kreditorlar da bizə inanır. Azərbaycan beynəxalq aləmdə fəaliyyət göstərir, qapalı dövlət deyil", - deyə nazir qeyd edib.
© Report
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
47 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























