Azərbaycanda papiros və siqaret istehsalı tənəzzüldə!
Bu ilin on ayında Azərbaycanda papiros və siqaretlər istehsalı 47,3% azalıb. İlk üç rübdə idxal da qiymət ifadəsində 4,4% azalıb. Qeyri-rəsmi məlumata görə, tütün məmulatının qeyri-leqal dövriyyəsi istehlakın 10-15%-i qədərdir.
"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr dövründə Azərbaycanda 748 milyon ədəd siqaret istehsal edilib. İstehsal həcmi əmtəə ifadəsində 47,3%, qiymət ifadəsində 6,6% azalıb. İstehsalçıların siqaret satışından gəlirləri 30,5 milyon manat olub.
Azərbaycanda siqaret istehsalçısı "European Tobacco-Baku" ASC istehsalın iki dəfə azalmasının səbəbi barədə yazılı sorğuya cavab verməyib. Bu ilin martından müəssisəyə Toğrul Hacıyev rəhbərlik edir. T. Hacıyev əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib. O, bu vəzifədə Milli Məclis üzvü, qanunvericiliyin tələbinə zidd olaraq kommersiya müəssisəsinə rəhbərlik edən Rüfət Quliyevi əvəz edib.
© Xəbərdə Contact.az və stat.gov.az-un məlumatlarından istifadə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)





.jpg)







