SOCAR istiqrazlarının sahibləri faizləri Dollarda çıxarda biləcəklər?
SOCAR istiqrazlarının sahibləri dollarda aldıqları faizləri banklardan çıxarılması ilə bağlı hər hansı problem yaşamayacaqlar.
“Marja” xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
“Heç bir çətinlik yoxdur. Çünki SOCAR-ın gəlirləri daxili bazar ilə bərabər, əsasən xarici bazarlardakı satışlar ilə formalaşır. Biz xam neft və neft məhsulları ixrac edirik və Dollar ifadəsilə ilə gəlir əldə edirik. Bu gəlirlər ilə istiqraz və kredit faizlərimizi çətinlik olmadan ödəyirik”.
Qeyd edək ki, SOCAR İstiqrazları illik 5% gəlirlə buraxılmışdır və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçirilib. SOCAR istiqrazların sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödəyib. Bu vəsait artıq istiqraz sahiblərinin bank hesablarına köçürülüb və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaqdır.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb













.jpg)




