Tələbələr arasnda birja ticarəti üzrə simulyasiya yarışı keçirilib
29 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Bakı Fond Birjasının və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə “İnkişaf bi(r)likdərir” devizi altında “Gənc İnvestor 2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilmişdir.
Yarışmada Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin və Bakı Mühəndislik Universitetinin tələbələri olmaqla 10 komanda, ümumilikdə 40 tələbə iştirak etmişdir.
Yarış şərtlərinə əsən komandalar kapital bazarlarını təqlid edən virtual ticarət platformasında sahib olduqları portfeli idarə edərək maksimal gəlirlilik həddinə nail olmalıdırlar. Sonda ən çox dəyər qazanmış portfel sahibi qalib elan olunur.
Yarışın keçirilməsində məqsəd Azərbaycanda kapital bazarlarının təşviqi, sahiblik düşüncə tərzinin formalaşdırılması və kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanmasıdır. Təşkil olunmuş kapital bazarları simulyasiyası, tələbələr arasında komanda şəklində iş vərdişlərinin formalaşdırılması, müddət, qiymət və risk faktorları əsasında çevik qərarların qəbul edilməsi bacarıqların inkişaf etdirilməsinə tövhə verməklə nəzəri və praktiki yönümlü institutlar arasında sinerjini təmin edir.
“Gənc İnvestor 2017” birja ticarəti üzrə simulyasiya yarışının qaliblərinə müxtəlif hədiyyələr təqdim edildi və xüsusi olaraq, birinci yerin qalib komandasının üzvləri BFB-də təcrübə proqramı qazandı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)






