Fed sədri də xəbərdarlıq etdi - "Bitcoin..."
Bitcoin ilə bağlı daha bir xəbərdarlıq Fed sədri Janet Yellen tərəfindən edilib.
"BİTCOİN ÇOX SPEKULYATİV BİR AKTİVDİR!
ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının ardından keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
"Marja" xəbər verir ki, Yellen, son günlər rekordlar qıran Bitcoin ilə bağlı mövqeyini bildirib.
Yellen, "Bitcoin sabit bir yığım və investisiya aləti deyil, çox spekulyativ bir aktivdir" ifadələrini işlədib, sözügedən virtual pulun ödənişlər sistemində çox kiçik bir paya malik olması səbəbindən maliyyə sabitliyə risklərinin məhdud olduğunu vurğulayıb.
Fed sədri, "Bitcoin hazırda ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi yoxdur, müəyyən bir zəmanəti yoxdur, olduqca spekulyativ bir aktivdir. Tənzimləyicisi yoxdur. Bankların, tənzimləyicilərin bu bazardakı iştirakçılarla, məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır",- deyib.
Yellen, "Fed, hazırda rəqəmsal pul vahidini ciddi şəkildə qiymətləndirmir, amma mümkün faydalarını araşdırır" - deyib.
Yellen qeyd edib ki, Bitcoin çirkli pulların yuyulmasında istifadə edilə bilər. O xatırladıb ki, bankların bu məsələdə öhdəlikləri var.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub


























