Azərbaycan və Van anlaşdı - "Van Shopping Fest"ə dəvət
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Van Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycan və Türkiyənin Van şəhərinin iş adamlarının fəaliyyətinə, onların investisiya yatırmalarına dəstək olmaq və qarşılıqlı əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.
Gələn il martın 15-dən aprelin 5-dək Van Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Vanda "Van Shopping Fest" keçiriləcək.
Türkiyə saytları yazmışdı ki, istinadla xəbər verir ki, Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva festivalı tanıtmaq üçün Azərbaycana səfər edəcək.
Türkiyənin Kiçik və Orta Həcmli Müəssisələri İnkişafetdirmə və Dəstəkləmə İdarəsinin dəstəyi ilə Azərbaycana 3 günlük səfər planlaşdırdıqlarını deyən N.Takva qeyd edib ki, səfər çərçivəsində Türkiyənin ölkəmizdəki səfirliyini və Azərbaycan Ticarət və Sənaye Palatasını ziyarət edəcəklər. “Əsas məqsədimiz onları "Van Shopping Fest"ə dəvət etməkdir. İran ilə ilk dəfə 2014-ci ildə bu şəkildə əməkdaşlığa başlamışdıq. Budəfəki səfərimiz isə Azərbaycana olacaq”,- deyə Necdet Takva bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























