Kapitalından ən yaxşı istifadə edən banklar
Azərbaycanda fəaliyyət göstərən 31 bank bu ilin yanvar-sentyabr aylarında 479,7 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların oktyabrın 1-nə malik olduqları 3 993,2 milyon manat məbləğində nizamnamə kapitalının 12%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, bu ilin ilk 9 ayını mənfəətlə başa vurmuş 19 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" (ABB) olub. Bank kapitalının 37,9%-i qədər mənfəət əldə edib. Yeri gəlmişkən, ABB ilkin kapitalının məbləğinə görə də ölkədə liderdir.
Sentyabrın sonuna nizamnamə kapitalının məbləğinə görə Azərbaycanda 4-cü olan "Kapital Bank" isə 31%-lik göstərici ilə 2-ci yerdə qərarlaşıb.
3-cü yeri isə 22%-lik göstərici ilə "Bank Avrasiya" tutub. Baxmayaraq ki, bu bank oktyabrın 1-nə malik olduğu nizamnamə kapitalı ilə ölkədə 26-cı olub.
№ | Bankın adı | Bankın 9 aylıq mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Azərbaycan Beynəlxalq Bankı | 37,9% |
2 | Kapital Bank | 31,0% |
3 | Bank Avrasiya | 22,0% |
4 | Yapı Kredi Bank Azərbaycan | 13,4% |
5 | PAŞA Bank | 8,7% |
6 | Azərbaycan Sənaye Bankı | 7,7% |
7 | Bank Silk Vey | 6,4% |
8 | Zıraat Bank Azərbaycan | 6,3% |
9 | Xalq Bank | 5,8% |
10 | Naxçıvan Bank | 5,3% |
11 | Bank VTB Azərbaycan | 4,8% |
12 | NBC Bank | 3,9% |
13 | Günay Bank | 3,2% |
14 | İran Milli Bankı - Bakı | 1,8% |
15 | Atabank | 1,4% |
16 | Express Bank | 0,6% |
17 | Bank BTB | 0,3% |
18 | Azər-Türk Bank | 0,3% |
19 | Rabitə Bank | 0,7% |
20 | Nikoyl Bank | - 0,1% |
21 | Turan Bank | - 0,7% |
22 | Pakistan Milli Bankı - Bakı | - 1,1% |
23 | AGBank | - 1,7% |
24 | Bank Respublika | - 2,8% |
25 | Muğan Bank | - 6,2% |
26 | Unibank | - 8,4% |
27 | Amrah Bank | - 14,6% |
28 | AFB Bank | - 16,1% |
29 | Access Bank | - 34,4% |
30 | Bank of Baku | - 60,3% |
31 | Dəmir Bank | - 97,1% |
| Orta hesabla | 12,0% |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























