Əkin yerlərini yandıranlar cərimə olunacaq - MƏBLƏĞLƏR
Bu gün Milli Məclisin plenar iclasında “Torpaqların münbitliyi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsi barədə məlumat verib.
Onun sözlərinə görə, qanunun 1-ci maddəsinə səkkizinci abzas (əkin yeri- torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri) əlavə edilməsi təklif edilir. Başqa sözlə, “Torpaqların münbitliyi haqqında” qanunda “əkin yeri” anlayışı təsnif olunub.
Bundan başqa, qanunun torpaqların münbitliyinin təmin olunması sahəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələrinin əks olunduğu 9-cu maddəyə ikinci hissə əlavə edilib. Əlavəyə əsasən, qanunla əkin yerlərinin yandırılması qadağan edilir.
Qeyd edək ki, bu dəyişiklik əkin torpaqlarının münbitliyinin qorunması, ekologiyaya ziyan vurulmasının qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün əkin yerlərinin yandırılmasının qadağan edilməsi məqsədi ilə hazırlanıb.
Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə də qanun layihəsi hazırlanıb. Layihədə İnzibati Xətalar Məcəlləsinə 244-1-ci maddənin əlavə edilməsi təklif edilir.
Yeni maddəyə əsasən əkin yerlərinin yandırılmasına görə, fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək.
Hər iki layihə səsə qoyularaq qəbul edilib.
Bu qanun 2018-ci ilin fevralın 1-dən qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























