Azərbaycanda blokçeynə 60 milyon dollar sərmayə!
Xəbər verdiyimiz kimi, Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışı olub.
"Marja" xəbər verir ki, Data Mərkəzin açılışında Prezident İlham Əliyev iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına mərkəz barədə məlumat verib.
Bildirilib ki, ümumi investisiya dəyəri 60 milyon ABŞ dolları olan Data Mərkəzdə yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlarından istifadə edilib.
Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir.
Müəssisə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərəcək. Burada nəzarət və digər sistemlərin idarə edilməsi dördnövbəli iş rejimi ilə bütün sutkanı əhatə edəcək.
Prezident İlham Əliyev Data Mərkəzi işə salıb.
Bu cür Mərkəzin açılması ölkəmizdə yüksək texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək.
Layihə çərçivəsində gələcəkdə Azərbaycan ərazisindəki müxtəlif mərkəzlərdə yüksək məhsuldarlıqlı hesablama mərkəzlərinin yaradılması planlaşdırılır. Qeyd olunan hesablama mərkəzləri əməliyyatların uçotunun aparılması üçün elektron kitab funksiyasını yerinə yetirən blokçeyn (Blockchain) texnologiyaları əsasında istənilən növ paylanmış reyestrlərin tranzaksiyalarının təsdiqi və müdafiəsi əməliyyatları üzrə etibarlı infrastruktur yaradacaq. Blokçeyn sistemi iştirakçılar tərəfindən keçirilmiş bütün tranzaksiyalar haqqında informasiyanı özündə saxlayan şəffaf paylanmış məlumatlar bazasıdır. İndiyədək respublikamızda ölkədaxili blokçeyn tranzaksiyalarının təsdiqi, xarici özəl və publik blokçeyn şəbəkələrlə inteqrasiya üçün nəzərdə tutulmuş infrastruktur mövcud deyildi. Data Mərkəz işə düşdükdən sonra Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə blokçeyn texnologiyalarının tətbiqi və inkişafı əhəmiyyətli dərəcədə artacaq.
Layihə çərçivəsində ilkin mərhələdə 100 nəfər işlə təmin olunub.
Qeyd edək ki, Bitcoin daxil virtual pullar “blockchain” texnalogiyası ilə işləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 d. əvvəl
- 38 d. əvvəl
-
- 58 d. əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
























