Türkiyənin avtomobil istehsalı və ixracı rekord yeniləyib
Türkiyədə avtomobil istehsalı tarixində ilk dəfə 1 milyon ədəd səviyyəsini keçib.
"Marja" Avtomobil Sənayesi Assosiasiyasına (OSD) istinadən xəbər verir ki, istehsalının 79%-ni ixrac edən Türkiyə Avtomobil Sənayesi, dekabr ayına ixrac və istehsalda tarixi rekordlar qırıb.
Avtomobil sənayesinin cəmi nəqliyyat vasitələri istehsalı 2017-ci ilin 11 ayında əvvəlki ilin eyni dövrünə nisbətən 16 faiz artaraq 1 milyon 544 min ədədə yüksəlib, minik avtomobili istehsalı isə 24 faiz kimi ciddi bir artımla 1 milyon 48 min ədədə çatıb.
Cəmi avtomobil istehsalı və ixracı il bitmədən 2016-ci ilin rəqəmlərini geridə qoyub və bütün zamanların rekordunu qırıb.
Həmin dövrdə, ümumilikdə avtomobil ixracı dollar üzrə 21%, Avro üzrə isə 20 faiz artmışdır. 2017-ci ilin 11 ayında əvvəlki ilin eyni dövrünə görə, ümumilikdə nəqliyyat vasitələri ixracı ədəd ilə 19% nisbətində artarkən, minik avtomobili ixracı isə 28 faiz artmışdır.
2017-nin hesabat dövründə, ümumi ixrac 1 milyon 216 min ədəd, minik avtomobil ixracı isə 844 min ədəd olub. Yenə eyni dövrdə cəmi nəqliyyat vasitələri ixracı 26.5 milyard dollar olaraq reallaşarkən, minik avtomobili ixracı 49 faiz artaraq 10.8 milyard dollar səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)







