Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ölkə Prezidentin Fərmanından irəli gələn tapşırıqların, habelə Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə bağlı Nazirliyin Kollegiyasının qərarı ilə bir sıra sənədlərin formaları və tərtib edilməsi qaydaları, o cümlədən “Vergi Məcəlləsinin 149.1.3-cü maddəsində göstərilən qeyri rezident şəxsin təyin etdiyi vergi agenti barədə arayış” forması, “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat” forması və tərtib edilməsi qaydaları, “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi”nin forması, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” forması, “Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat” forması, “Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumat” forması təsdiq edilib.
Bundan başqa, vergilər nazirinin əmrilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə mövcud bəyannamələrə, hesabatlara, onların əlavələrinə və tərtib olunması qaydalarına dəyişiklik edilib, bir sıra bəyannamələrə yeni əlavələr təsdiq olunub. Əlavə Dəyər Vergisi, mənfəət, gəlir, torpaq, mədən, yol, sadələşdirilmiş vergilərin, onların əlavələrinin, habelə ödəmə mənbəyində tutulan vergi və aksiz bəyannaməsinin formaları və tərtib edilmə qaydaları yeni redaksiyada təsdiq edilib.
“Qeydiyyata alınmayan qeyri rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV-nin bəyannaməsi”, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, ”“Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Dövlət rüsumunun tutulması haqqında hesabat”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannaməsi”, “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”, “Daşınmaz əmlak təqdim edə şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” və bir sıra başqa bəyannamələrin formaları və onların tərtib edilməsi qaydaları da qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)
















