İdxalda 180 gün məhdudiyyəti biznesə çətinlik yaradır
Dünən yayılan məlumata görə, "ATEF" Şirkətlər Qrupu avans yolu ilə xarici tərəfdaşına ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar idxal etmədiyinə, ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmadığına görə, 22,5 min manat cərimə edilib. Daha ətraflı: http://marja.az/news/19481
Qanunvericiliyə görə, idxal müqaviləsi üzrə ödənişin aparıldığı gündən 180 (yüz səksən) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka İdxalçı tərəfindən təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazararına Nəzarət Palatasına təqdim edir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cu maddəsinə uyğun olaraq avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 (on) faizindən 20 (iyirmi)
faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizindən 30 (otuz) faizinədək məbləğdə cərimə edilir.
Sadə şəkildə, Azərbaycan şirkəti xaricdən mal alır. Bu zaman xarici istehsalçıya, tutaq ki, 50 min dollar ödəniş edir. Bu ödəmə qarşılığında alınan mal 180 gün ərzində Azərbaycana idxal olunmalıdır. İdxal olunmasa qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmalıdır. Əks hallarda şirkət cərimələnir.
Yerli idxalçı şirkətlər bu qaydaların biznesə əngəl yaratdığını bildirirlər. İdxal ilə məşğul olan şirkətlərdən birinin rəhbəri "Marja"ya bildirdi ki, 180 gün məhdudiyyəti biznes reallıqlarından xəbəri olmayan məmur tərəfindən müəyyənləşdirilib.
"Məsələn, Tayvan şirkəti bizim sifariş ilə məhsul istehsal edir. Biz sifarişi verdikdən sonra Tayvandakı istehsalçı da öz təchizatçılarına ehtiyat hissələrini sifariş verir. Ehtiyat hissələrinin alınması, məhsulun istehsalı, Azərbaycana daşınması bir çox halda 180 gündən uzun çəkir. 180 günü keçdikdə isə Palata məsələni araşdırmağa başlayır. Başa düşülməlidir ki, bütün hallarda xarici anbarlardan və bazarlardan hazır məhsullar alınmır. Bəzi istehsalçılar öncədən sifariş əsasında istehsal ilə məşğul olurlar. Eyni zamanda mal almaq üçün avans ödəyərək, növbəyə yazılmaq lazım gəlir və s. Bu səbəblərdən 180 gün müddəti qısadır".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
2 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?

























