İşçi bir ay əvvəl xəbərdar edilməlidir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSAMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Gəncə şəhərində “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin 21 saylı region (Gəncə şəhəri, Samux və Göygöl rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən işəgötürənlərin iştirak etdiyi tədbirdə işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi ilə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər diqqətə çatdırılıb.
Qeyd olunub ki, işçilər üçün əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsini, əmək haqqının ödənilməsini, sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılmasını təmin etməlidirlər. Həmçinin, bu sahədə işəgötürənlərin vəzifələrinə işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi və s. daxildir.
Bununla yanaşı, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlərin öz imkanları hesabına Əmək Məcəlləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraiti şərtlərindən daha yüksək əlavə şərtlər (əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği və s.) müəyyən etmək hüququ da vardır. Belə əlavə şərtlərin dairəsi, onların qüvvədə olma müddəti, istifadə qaydaları, onların dəyişdirilməsi işəgötürənlərlə işçilərin qarşılıqlı razılığı əsasında müəyyən olunur. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsaslarından da bəhs olunaraq vurğulanıb ki, işəgötürən əmək şəraitinin şərtlərini (əmək şəraitinin əlavə şərtlərindən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.
Tədbir zamanı işçinin əmək funksiyası, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, habelə işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə, başqa işçinin əmək funksiyasının icrası və s. ilə əlaqədar qanunvericilikdən irəli gələn prinsiplər barədə də ətraflı məlumatlar verilib.
Seminar formatında təşkil olunan tədbir zamanı iştirakçıların əmək şəraitinin şərtlərinin və əmək funksiyasının dəyişdirilməsi, işçinin iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməsi, mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və s. ilə bağlı sualları da cavablandırılıb. İştirakçılara əmək şəraiti, əmək funksiyası, onların tətbiqini tənzimləyən hüquq normaları barədə maarifləndirici bukletlər də təqdim edili
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 d. əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
2 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
2 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
3 saat əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
3 saat əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Debitor borcların artması ciddi problemdir"
2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb
Ən çox oxunanlar
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
























