Tramp Davos çıxışı ilə dünyanı qəzəbləndirdi - NƏLƏR BAŞ VERİR?
İsveçrənin Davos qəsəbəsində başa çatmış 48-ci Dünya İqtisadi Forumuna (DİF), ABŞ Prezidenti Donald Trampın fələstinliləri yardımları kəsməklə təhdid etməsi, qloballaşma əleyhinə mesajları və ölkəsinin mediasına ağır ittihamları damğa vurub.
“Marja” xəbər verir ki, İsveçrənin şərqində dünyaca məşhur xizək mərkəzindəki sammitin açılış çıxışını Hindistanın Baş naziri Narendra Modi, bağlanış çıxışını isə ABŞ Prezidenti Tramp edib.
Mondi, proteksionist (himayədarlıq) iqtisadi siyasətlərin davam etdiyini və qloballaşmanın "parıltısının" sönməyə başladığını qeyd edib. Trump isə verdiyi bəyanatlar ilə yenə reaksiyalara səbəb olub.
İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşünün ardından çıxış edən Tramp, fələstinlilərin ABŞ-a hörmətsizlik etdiyini iddia etdi və İsrail ilə masaya oturmadığı müddət ərzində Fələstinə maliyyə yardımı verilməyəcəyini deyib.
Trampın, "Bir həftə əvvəl prezident köməkçimizin (Mike Pence) ziyarətinə icazə verməyərək bizə hörmətsizlik etdilər. Biz onlara yüzlərlə milyon dollar yardım və dəstək təmin edirik. Oturub sülh müzakirəsi edilmədiyi müddətcə onlara daha pul verilməyəcək" ifadələri, başda Fələstin rəhbərliyi olmaqla narazılıqla qarşılanıb.
TRAMPDAN İŞİD ETİRAFI
Tramp çıxışına qlobal iqtisadiyyat əleyhinə mesajları ilə davam edib. Tez-tez öz dövrünü tərifləyən Trampın, çıxışında dəfələrlə ölkəsinə investisiya yatırmağı dəvət etməsi Davosda ən çox danışılan mövzular arasındadır.
Xüsusilə ABŞ mediasına qarşı, "Siyasətə girənə qədər medianın nə qədər ədəbsiz, nə qədər alçaq, nə qədər təcavüzkar və nə qədər saxta ola biləcəyinin fərqində deyildim",- şəklində ifadələr işlədən Tramp, yüzlərlə yüksək səviyyəli nümayəndə heyətin olduğu salonda fitə tutulub.
ABŞ nümayəndələrinin, sərhəd təhlükəsizliyini təhdid edən terror faktorlarını aradan qaldırmaq üçün Türkiyə Silahlı Qüvvələrinin başlatdığı "Zeytun Budağı" əməliyyatı haqqında "hər kəsin İŞİD-lə mübarizədə intensivləşməsi lazımdır" mesajlarının əksinə, Trampdan etiraf kimi açıqlama gəlib.
Tramp çıxışında, koalisiyaya mənsub ölkələrin dəstəyilə İŞİD-in əlindəki torpaqların təqribən yüz faizinin geri alındığını dilə gətirərək, ABŞ-dan gələn ziddiyyətli açıqlamalara bir yenisini əlavə edib. Trampın açıqlaması, "İŞİD-dən bütün torpaqlar alınmışdırsa, teror təşkilatı Suriyanın harasındadır?” sualını ağıllara gətirib.
İSVEÇRƏDƏ TRAMP GƏRGİNLİYİ
"Parçalanan Dünyada Ortaq Gələcək Yaratmaq" mövzusu ilə keçirilən sammitə Trampın da qoşulmasına qarşı İsveçrənin Bern, Sürix, Bazel, Lozanna və Cenevrə kimi böyük şəhərlərdə intensiv şəkildə etiraz aksiyaları keçirilib. Nümayişçilər, "Tramp xoş gəlmədin" və "İsveçrə Nasistlərə ev sahibliyi edir" şəklində plakatlar qaldırılıb, Tramp əleyhinə şüarlar səsləndirilib.
Davos və ətrafı "uçuşa qadağan olunmuş bölgə" elan edilib. Təhlükəsizlik qüvvələri, Davos Şəhərinə girməyə çalışan çoxlu sayda etirazçıya mane olub. Sammitdə, polis və xüsusi təhlükəsizlik əməkdaşları ilə bərabər 5 minə yaxın əsgər cəlb edilib.
MERKEL TRAMPIN SİYASƏTİNƏ QARŞI ÇIXDI
Almaniyanın Baş naziri Angela Merkel, sammitdə ABŞ Prezidenti Trampın himayədar (proteksionist) siyasətinin günümüzün şərtlərinə uyğun olmadığını, iqtisadi çətinliklərin həllinin izolyasiya və himayəçilik kimi siyasətlər olmadığını deyib.
Fransa Prezidenti Emmanuel Macron da Avropa Birliyinin (AB) qərar qəbuletmə mexanizmlərinin gələcəyinə dair, "Avropanı müstəqil edəcək ortaq siyasət inşa etməliyik. Sadəlövh deyiləm. Bunu AB üzvü olan 27 ölkə olaraq inşa etmək mümkün deyil. Üsul dəyişməlidir. Bu qlobal dünyada bəziləri daha çox irəliləmək istəyirsə irəliləsin..." ifadələrini istifadə edib.
İngiltərənin Baş naziri Theresa May isə Brexit-in İngiltərənin ikitərəfli ticarət razılaşmalarına təkan verəcəyini, ölkənin yeni investisiya və müəssisələrə müvafiq imkanlar açacağını bildirib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























