2300 manat qiymət qoyulan Nissan Sunny 8700 manata özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 yanvar tarixində keçirilən növbəti hərracda böyük rəqabət müşahidə olunub.
Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumata görə, ümumilikdə bu hərracda 22 dövlət əmlakının özəlləşdirilməsinə vətəndaşlar tərəfindən 44 sifariş verilib. Bunlardan 9 əmlak üzrə 31 sifariş qəbul edilib.
"Sifaişlərdən 8-i isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Qeyd edilməlidir ki, rəqabətli keçən 9 əmlakın ilkin start qiyməti 47 min 300 manatdan 61700 manata qədər yüksəlmişdir",- Komitənin məlumatında deyilir.
Hərraca çıxarılan nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. 11 nəfərin sifariş verdiyi Nissan Sunny markalı avtomobilin ilkin start qiyməti 2 min 300 manata olsada ən son 8700 manata özəlləşdirilib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi Cherry Eastar olub. 6 sifarişin verildiyi adı çəkilən nəqliyyat vasitəsinin ilkin start qiyməti 1600 manat olmasına baxmayaraq 5350 manata sahibini tapıb. Bundan başqa Nissan Maxima markalı avtomobil də alıcıları özünə cəlb edib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 min 600 olsa da ən son 5300 manata özəlləşdirilib.
Qeyd edilməlidir ki, özəlləşən kiçik dövlət müəssisəsi 47 saylı mağazadır. Yevlax şəhərində yerləşən əmlakın ümumi faydalı sahəsi 70 kv.m təşkil edir. Obyekt xidmət sahəsində investor üçün yaxşı gəlir gətirə bilər.
Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 6-ı Bakıda qalanları isə Mİngəçevir şəhərində, Ağdaş və Abşeron rayonlarında yerləşir. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investor üçün gəlir mənbəyidir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 60 kv.m-dir. Eyni zamanda Bakının Yasamal rayonunda yerləşən, sahəsi 70 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sahəsində, ofis kimi fəaliyyət göstərməyə imkan verir. Bundan başqa ümumi faydalı sahəsi 31 kv.m olan, Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahəsi də özəlləşən əlverişli əmlaklardandır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
3 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)






.jpg)




