Qida məhsulları sertifikatlaşmaya cəlb olunmayacaq – MÜHÜM YENİLİK
“Azərbaycanda daxili bazar üçün istehsal olunan məhsullar çeşidinə görə sertifikatlaşmaya cəlb olunmayacadır”.
“Marja” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, qida məhsulları istehsal edən müəssisələr qida təhlükəsizliyinə görə qeydiyyata düşəcəklər və məhsullarının reysteri aparılacaqdır: “Əgər müəssisə standartlara uyğun məhsul istehsal edirsə, bu müəssisədəki məhsulun sayının, çeşidinin heç bir önəmi yoxdur. Əgər müəssisə standarta uyğun deyilsə, istehsal olunan 5 adda da məhsul təhlükəlidir, 10 adda da”.
Qoşqar Təhməzli qeyd edib ki, Agentlik dünya təcrübəsini Azərbaycanda tətbiq edəcəcəkdir:
"Dünya təcrübəsinə görə, əgər bir müəssisə standartlara uyğun olaraq fəaliyyət göstərirsə, bu o deməkdir ki, istehsal olunan məhsul qida üçün yararlıdır. Bu məhsulların sayının, çeşidinin heç bir əhəmiyyəti yoxdur. Bütün sahibkarlar bilməlidirlər ki, Azərbaycanda daxili bazar üçün istehsal olunan məhsullar çeşidinə görə sertifikatlaşmaya cəlb olunmayacadır. Sadəcə müəssisələr qida təhlükəsizliyi qeydiyyatına düşəcəklər, məhsullarının çeşidləri reystrə daxil ediləcəkdir. Məsələn, satış mərkəzləri həmin məhsulların təhlükəsizlik göstəriciləri barədə məlumat almaq istəsə, müəssisələr onlara qida təhlükəsizliyi qeydiyyatını və reysterdən çıxarışı təqdim etməklə satışlarını həyata keçirə biləcəklər”.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub

























