Bakıda kommersiya sahələrinə tələbat artacaq
Bakı şəhərinin sürətlə böyüməsi müxtəlif növ istehlak malları və xidmətlərə olan tələbatı artırır. Məhz buna görə, şəhərin müxtəlif ərazilərində yeni ticarət mərkəzlərinin istifadəyə verilməsinə baxmayaraq, kommersiya sahələrinə olan tələbat orta və uzunmüddətli perspektivdə artacaq. Bunu, dünyaca məşhur “Sonae Sierra” şirkətinin apardığı bazar araşdırması da təsdiq edir.
Qeyd edək ki, “Sonae Sierra” bazar araşdırmasını “Renessans Palace” premium klass yaşayış kompleksində yerləşən kommersiya sahələrinin logistikası, profili və sahəsini müəyyən etmək məqsədilə aparıb.
Araşdırmaya əsasən, 2020-ci ilədək Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin orta illik artımı 8% təşkil edəcək. Əhalinin sıxlığına görə Bakı şəhərində 2-ci yerdə olan Yasamal rayonunda isə (1 km² ərazidə orta hesabla 12 min sakin yaşayır) iri ticarət mərkəzlərinə və obyektlərinə xüsusilə böyük ehtiyac var. Yasamal rayonunda 45% əhalinin yaşı 25-55 arasında dəyişir. “Renessans Palace”-ın “Elmlər Akademiyası” metro stansiyasından cəmi 500 metr məsafədə, əhalinin sıx məskunlaşdığı bir ərazidə yerləşməsi, burada mövcud olan kommersiya sahələrini xüsusilə cəlbedici edir. Belə ki, araşdırmaya əsasən 2018-ci ildə “Renessans Palace”-da yerləşən kommersiya obyektləri təqribən 256 min mal və xidmət alıcısını cəlb edəcək. Rəsmi statistika və ev təsərrüfatlarının büdcələrinə əsaslanan hesablamalar göstərir ki, “Renessans Palace”-ın ümumi əhatə dairəsində əhalinin xalis gəliri 1,7 mlrd. manat təşkil edəcək. Bu gəlirlərin 1,33 mlrd. manatı istehlaka, o cümlədən 755 mln. manat - ərzağın alınmasına, 580 mln. manat – sənaye məhsullarının alınmasına, məişət ehtiyaclarının ödənilməsinə və asudə vaxtın keçirilməsinə yönələcək.
Bu böyük tələbi nəzərə alaraq, “Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu premium-klass yaşayış kompleksinin ilk iki mərtəbəsini kommersiya sahələri üçün nəzərdə tutub. Kommersiya sahələrinin konsepsiyasına əsasən “Renessans Palace”-da supermarket, tibb mərkəzi, uşaq bağçası, biznes mərkəzi, restoran, təhsil və səhiyyə müəssisələri, brend mağazalar yaradılacaq. Kommersiya obyektləri bütün növ kommunal xidmətlərlə, o cümlədən soyuq və isti su, mərkəzi istilik sistemi, qaz, elektrik, havalandırma, internet və telefon xətləri, yeraltı və yerüstü parkinq, yanğından mühafizə sistemi, mühafizə xidməti və müşahidə kameraları ilə təmin olunacaq.
Kommersiya obyektləri ətraf ərazilərdə yaşayan insanlarla yanaşı olaraq, “Renessans Palace” premium-klass yaşayış kompleksinin 4 mindən çox sakininə də xidmət göstərəcək. “Renessans Palace”-da tətbiq olunan “avtomobilsiz həyət” konsepsiyası həyətdə avtomobillərin hərəkətini qadağan edir. Avtomobillər xüsusi mühafizə olunan girişdən 3 mərtəbəli yeraltı dayanacağa daxil olacaq. 1,5 ha sahəsi olan parkda tennis kortu, idman meydançası, qaçış və velosiped zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. “Renessans Palace”-da mənzil alanlar arasında sahibkarların, top-menecerlərin, ziyalıların və həkimlərin olması kommersiya obyektlərinin cəlbediciliyini daha da artırır.
Kommersiya sahələri nağd və kreditlə satılır. 100% ödəniş zamanı endirim edilir. 2-illik kreditin minimal ilkin ödəniş 30% təşkil edir, kommersiya sahəsinin dəyərinin yerdə qalan hissəsi 24 aya bölünür. Satışla yanaşı olaraq, kommersiya obyektləri icarəyə də verilir. Əgər icarə müqaviləsi mövcud qiymətlərlə bağlanarsa, bir il sonra da sahibkarlar köhnə icarə qiymətləri ilə fəaliyyət göstərə bilər. Təmir müddətində icarə haqqı hesablanmır.
“Renessans Palace” premium-klass yaşayış kompleksi iş adamlarını kommersiya sahələrinin profili, logistikası və ərazisi ilə yaxından tanış olmağa dəvət edir.
Tel: 0502658650
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
9 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 12 d. əvvəl
-
19 d. əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
31 d. əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
45 d. əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
1 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
1 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
1 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
-
1 saat əvvəl
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
Ən çox oxunanlar
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb









.webp)



.jpg)













.jpg)

