“Slavyanka” daha 3 ölkəyə ixrac olunacaq
“Gədəbəy Mineral Suları” MMC-nin istehsal etdiyi məhsullar Bəhreyn, İraq, Rusiya və Belarusa ixrac edilir. Bu ildən isə fabrikin “Gədəbəy” və “Slavyanka” markaları altında istehsal etdiyi məhsulların “Made in Azerbaijan” brendi ilə İran, Pakistan və Qazaxıstana ixracı nəzərdə tutulur.
Bu barədə “Gədəbəy Mineral Suları” MMC-nin planlama müdiri Ələkbər Məmmədov məlumat verib.
Bildirilib ki, Gədəbəy Mineral Suları fabriki 2010-cu ildən fəaliyyət göstərir. Prezident İlham Əliyev 2017-ci il avqustun 20-də Gədəbəy rayonuna səfəri zamanı şirkətin yeni limonad fabrikinin açılışında iştirak edib. Gədəbəy rayonunun Zəhmət kəndində, iki hektar ərazidə fəaliyyətə başlayan və ümumi dəyəri 4 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyon manat güzəştli kredit verilib.
Hazırda müəssisədə 0,33, 0,75 və 1,5 litrlik plastik qablarda armud, tərxun, limon və üzüm limonadları istehsal edilir. Limonad istehsalı korpusu 3500 kvadratmetrdir. Buraya anbar və istehsal sahəsi daxildir. Texnoloji xəttin başlanğıcında qablar İtaliya şirkətinin avadanlığı ilə şişirdilir. Limonadın xammalı Almaniyanın “Döhler” şirkətindən alınır və avtomatik sistemdə hazırlanır. İstehsalatda istifadə olunan kompressorlar isə Belçika avadanlığıdır. İstehsal müəssisəsinin fəaliyyətə başlaması ilə 20 nəfər daimi işlə təmin edilib. Hazırda şirkətin Zəhmət kəndində yerləşən hər iki fabrikində ümumilikdə 51 nəfər daimi işlə təmin olunub.
Gələcəkdə fabrikin istehsal həcminin və məhsullarının çeşidinin artırılması, ixrac dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























