Azərbaycanlılar kart ilə xaricdə 1 milyard manat xərcləyiblər
Kredit kartları ilə aparılan əməliyyatların həcmi azalıb.
“Marja” xəbər verir ki, ötən il kredit kartları ilə aparılmış əməliyyatların həcmi 1 milyard 467 milyon manat təşkil edib. 2016-cı ildə bu həcm 1 milyard 754 milyon manat olmuşdu. Beləliklə, illik müqayisədə həcm 287 milyon manat azalıb.
Kredit kartları ilə aparılmış 1 milyard 467 milyon manatlıq əməliyyatın 495 min manatını ATM-lər vasitəsilə, 375 milyon manatını isə POS terminallar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar təşkil edib. Bundan başqa kredit kartları ilə ölkə xaricində də əməliyyatlar aparılıb.
DEBET KARTLARI İLƏ ƏMƏLİYYATLARIN HƏCMİ ARTIB
Ötən il debet kartları vasitəsilə 13 milyard 262 milyon manatlıq əməliyyat aparılıb. 2016-cı ildə bu həcm 11 milyard 28 milyon manat təşkil etmişdi.
XARİCDƏ 1 MİLYARD XƏRCLƏNİB
Ötən il debet və kredit kartları ilə ölkə xaricində aparılmış əməliyyatların həcmi 1 milyard 23 milyon manat təşkil edib. 2016-cı ildə bu həcm 967 milyon manat olmuşdu.
CƏMİ 7,7%-İ NAĞDSIZ ÖDƏNİŞLƏRDİR
2017-ci ildə debet və kredit kartları ilə aparılmış bütün əməliyyatların həcmi 14 milyard 728 milyon manat təşkil edib. Bu həcm 2016-cı ildə 12 milyard 780 milyon manat olmuşdu (1 milyard 948 milyon manat artım).
Ötən il debet və kredit kartları ilə aparılmış 14 milyard 728 milyon manat əməliyyatın cəmi 1 milyard 137 milyon manatını və ya 7,7%-ni ölkə daxilində POS terminallar və ATM-lər ilə nağdsız ödənişlər təşkil edib.
Azərbaycanda 5 milyon 800 min ədəd ödəniş kartı var. Bu kartların 623 min ədədi kredit kartlarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 13 d. əvvəl
-
-
16 d. əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
- 30 d. əvvəl
-
39 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazları ilə istənilən yerdə onlayn ol!
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Ən çox oxunanlar
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Aprelin 14-də gözlənilən hava şəraiti
Vüqar Namazov: "1,5 milyona yaxın olan müştəri bazamız üzərindən "PAŞA Bank"ın yanındayıq"
Birjanın sədri: "Bəzi telekommunikasiya,istehsal və tikinti şirkətləri yaxın illərdə IPO-ya çıxmağa namizəd ola bilərlər"





.jpg)








.jpg)







