Beynəlxalq Bankda yeni baş direktor
"AccessBank"ın icraçı direktoru dövlət bankının rəhbərliyinə təyinat alıb
"AccessBank"ın kadrı Azərbaycan Beynəlxalq Bankına keçib.
Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən "Marja"ya verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında İnsan resursları və administrasiya üzrə Baş direktor vəzifəsinə təyinat alıb.
Yeni təyinatdan sonra Beynəlxalq Bankda baş direktorların sayı 4-ə çatıb. Fuad İslamov, Cəlal Orucov və Vasif Əhmədov da Beynəlxalq Bankda baş direktorlardır.
A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.
A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.
"AccessBank" A.Süleymanlıya gələcək fəaliyyətində uğurlar arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
-
14 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
-
14 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
19 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
21 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
- 24 d. əvvəl
-
34 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 50 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı






















