Təbiətdən yığıb, kisəsini 1-3 manata satırlar
Adətən kəndlərdə sakinlər kənd təsərrüfatı ilə məşğul olsalar da, Astaranın Şahağacı kəndində vəziyyət tam fərqlidir. Bu kəndin sakinlərinin gəliri dənizdən çıxır. Balıqçılıq ənənəvi məşğuliyyət olsa da, burada balıqqulağı toplayıb satmaq da qazanclı iş sayılır. Dəniz kənarında yaşayan 50-dən çox ailənin qazanc mənbəyinə çevrilən balıqqulaqları cənub rayonlarının sakinlərindən başqa Bakıdan gəlib alanlar da olur
Balıqqulağından bəzi eksponatların təmir-bərpası və ona yaraşıq vermək üçün istifadə olunur. Sakinlərin sözlərinə görə, burada çıxarılan balıqqulağılar iriliyinə və rənginin ağ olmasına görə seçilir. Kənd təsərrüfatında da tətbiq olunması ona olan tələbatı artırır.
Satıcı Nigar Niftiyeva:“ Təbiətin bizə verdiyi nemətdir, biz də imkanımız olan qədər yığıb satırıq. Kim istifadə edir, gəlir deyir mənə 10 dənə, 20 dənə,50 dənə,100 dənə lazımdır biz də vururuq gedir”
Satıcı Şani İmanverdiyeva: “Kisəsini 1 manata alırlar, böyükləri 3 manata veririk. Mənim evimin qabağıdır, gördüm camaat satır, mən də satdım”
Satıcı Oqtay Quliyev: “ Quyunun içinə atırlar su dəyişilsin, tavana atırlar yağış yağanda su olmasın.Dəyirmandan çıxarırlar ,ördəklərə, toyuqlara da verilir. Bunu verəndən sonra yumurtası möhkəm olur, iri olur, keyfiyyətli olur”
Balıqqulaqları palçıqlı yollarda gediş-gəlişi rahatlaşdırmaq, məzarların üzərinə alaq otları bitməsin deyə tökmək üçün və ən əsası tikinti zamanı suvaq işlərində geniş istifadə olunur.
Alıcı Xətmigül Şükürova:“ Usta deyib ki, bunu sementə qatın sizin pilləkəniniz bərk olar, yumşaq olmaz, tökülməz. Biz də gəlmişik kisəsini bir manata alırıq aparırıq evə. Quyu başına sərərik, həyətə sərərik”
Suvaq ustası Bayram Məmmədov:“ Suvağa naxış salmağa, betona vururuq möhkəm olsun, naxışlı görünsün, parıldasın mərmər tozu kimi. Pilləkənlərin hazırlanmasında istifadə edirik”
Bir çox faydalarına görə seçilən balıqqulaqlarından nəmişliyin aradan qalxması üçün də istifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























