AFB Bank 9 yaşını qeyd edir
Bu gün “AFB Bank” ASC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olur.
Bu illər ərzində əsasən korporativ müştərilərə xidmət göstərən Bank iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatı, sənaye, tikinti, turizm, yeyinti məhsulları istehsalı və s. sahələrə maliyyə dəstəyi göstərməklə dövlət əhəmiyyətli müəssisələrin qurulmasına və inkişafına öz töhfəsini vermişdir. Bununla yanaşı pərakəndə müştərilərə də bir sıra məhsullar təqdim etmiş, eyni zamanda əhaliyə güzəştli ipoteka kreditlərinin verilməsində aktiv iştirak etmişdir.
"AFB Bank"dan "Marja"ya daxil olmuş məlumata görə hazırda Bankın maliyyə dayanıqlığı yüksək səviyyədədir. Yüksək kapitallaşma səviyyəsi Bankın maliyyə dayanıqlığının təmin edilməsinə imkan verir və bunun əsas göstəricisi leverec əmsalının 12.5% (normativ: min-5%), kapital adekvatlığı əmsalının 28.6% (normativ: min-10%) olmasıdır.
Bankın yeni strateji planında xidmət keyfiyyətinin, infrastrukturun yaxşılaşdırılması, bazar mövqeyinin möhkəmləndirilməsi, filial şəbəkəsinin səmərəliliyinin artırılması, korporativ idarəetmə və risklərin idarəedilməsi sistemlərinin təkmilləşdirilməsi əsas strateji prioritetləri təşkil edir. Bu prioritet hədəflərə çatmaq üçün Bank müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərinin tətbiqinə, kadr potensialının təkmilləşdirilməsinə xüsusi önəm verir.
AFB Bank 9 il ərzində onunla işləyən və fəaliyyətinə dəstək olan bütün müştərilərinə və partnyorlarına dərin minnətdarlığını bildirir, gələcək illərdə bu münasibətlərin möhkəmlənəcəyinə inanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























