Bədəni dondurularaq canlandırılmağı gözləyir
Tarixdəki ilk Bitcoin transferinin alıcısı: Hal Finney
Bitcoinin banisi Satoshi Nakamotonun kim olduğu hələ dəqiqləşdirməmiş olsa da Nakamotonun ortadan itdiyi 2010-cu ilə qədər əlaqədə olduğu adamlar ilə bağlı bəzi həqiqətlər çaşqınlıq yaradır.
"Marja" xəbər verir ki, Bitcoin ilə bağlı fikrini ilk dəfə 2008 qlobal maliyyə böhranı zamanı qapalı bir mailyyə qrupunda açan Satoshi Nakamoto (adam və ya ləqəb), ilk Bitcoin-i 2009-cu ildə istehsal edib. Nakamoto tarixdəki ilk Bitcoin transferini də Hal Finney-ə 10 Bitcoin göndərərək həyata keçirib.
BƏDƏNİ BİR KOMPLEKSDƏ CANLANDIRILMAQ ÜÇÜN SAXLANILIR
Bitcoin ilə bağlı apardığı ilkin işlərə görə, Bitcoin dünyasında Finney-in Nakamoto olmasının düşünülməsinə belə səbəb olub. Ancaq Bitcoin layihəsindən qısa bir müddət sonra Finney ALS xəstəliyinə tutulub.
Məşhur fizik Stephen Hawking də bu xəstəliyə tutulub. Xəstəliyi inkişaf etdikcə Hal Finney yalnız üz əzələlərini hərəkət etdirə biləcək vəziyyətə gəlib. Bundan sonra göz hərəkətlərini təqib edən bir kompüter istifadə edərək Bitcoin ilə bağlı proqramları inkişaf etdirməyə davam edib.
DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN
Ailəsi Finney-in tibbi xidmət xərclərini isə Bitcoin-dən qazanılan pulla ödəyirdi.
Finney, 28 Avqust 2014-cü il tarixində 56 yaşında həyatını itirib. "Qanuni ölümü" elan edilən kimi Finney-in bədəni "Alcor" Uzun Həyat Fondu tərəfindən sürətlə müdaxilə edilərək dondurulub.
Amerikada adətən ölümcül xəstəliyə tutulmuş insanların həyatlarını dondurmaq tələbini yerinə yetirən "Alcor" Fondu, dondurulmuş insanları geri gətirə biləcək bir texnologiyaya hələ malik deyil. Ancaq fond, gələcəkdə ortaya çıxacaq texnologiyalar ilə bunun mümkün ola biləcəyinə inandığından "canlandırılmaq" üçün bir çox adamın bədənini dondurulmuş şəkildə mühafizə edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















