Azercell Plus Musiqi xidməti ilə hər gün milyonlarla mahnılar smartfonunuzda ®
Ölkənin lider mobil operatoru Azercell Telekom özünün Azercell Plus xidmətləri çərçivəsində musiqisevərlər üçün Azercell Plus Musiqi xidmətini yenidən təkmilləşdirərək abunəçilərinin istifadəsinə təqdim edib.
Artıq Azercell abunəçiləri xidmətini aylıq yox, günlük sifariş edə, 28 000 000 mahnı dinləyə, eləcə də, öz fərdi musiqi siyahılarını yarada bilərlər.
Xidmətə qoşulmaq üçün*701#YES kodunu yığmaq və SMS ilə gələn mobil əlavəni yükləmək kifayətdir ki, bu zaman abunəçi 7 gün ərzində Premium xidmətindən pulsuz istifadə imkanı qazanır. Azercell Plus Musiqi xidməti Google Play və AppStore sistemlərində Zvooq xidməti tərəfindən təmin olunur. Qeyd edək ki, xidmətin günlük abunə haqqı 0,25 qəpik təşkil edir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.
Xidmətə Azercell Plus ilə qoşulmağın bir çox üstünlükləri var. Bunlar arasında xidmətdən günlük istifadə etmək imkanı, bu isə mobil xərclərə qənaət deməkdir, Azercell Müştəri Xidmətləri tərəfindən 24/7 tam dəstək, kartsız ödəniş imkanı və s.
Qeyd etmək lazımdır ki, Azercell Plus Musiqi xidmətində istənilən zövqə, əhval-ruhiyyəyə, eləcə də janrlara uyğun olan müxtəlif musiqi siyahıları cəmlənib. Bu xidmətin köməyilə abunəçilər öz zövqlərinə uyğun musiqi siyahılarını yükləyib sonradan onları istənilən qədər offlayn rejimdə dinləyə bilərlər.
Abunəçilər Azercell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565,
E-poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















