Yeni Samsung Galaxy S9 və S9+ təqdim edildi
Cənubi Koreyanın Samsung şirkəti, Mobil Dünya Konqresində yeni Galaxy S9 və S9+ modellərini təqdim edib.
"Marja" xəbər verir ki, Smasung Galaxy S9-da 5.8 düym ekran, Samsung Galaxy S9 Plus+da isə 6.2 düymlük ekran var.
Modellər, 1,9 GHz sürətində çalışan, ancaq turbo rejimində 2,9 GHz-ə qədər çıxa bilən "Exynos 9810" prosessoruna malikdir.
S9-da 4 GB, böyük modeldə isə 6 GB RAM var. 64 GB daxili yaddaş sahəsinə malik olan telefonların yaddaşını microSD kartlarla 400 GB-a qədər artırmaq mümkündür.
Yeni modellərin ən əhəmiyyətli xüsusiyyəti kamerasıdır. Yeni modellər, super yavaş çəkiliş xüsusiyyətilə saniyədə 960 kadr tuta bilir. Yavaş çəkiliş ilə video çəkmək üçün "Super Slow Mo" rejiminə keçmək kifayətdir. S9-da tək kamera, S9+da isə cüt arxa kamera yer alır.
Modellərin kamera xüsusiyyətlərində yer alan Artırılmış Həqiqət (AR) ilə kameraya yeni xüsusiyyətlər gətirilib. iPhone X-daki animojiyə bənzər bir xüsusiyyət S9 və S9+da da mövcuddur. "AR Emoji" adı verilən bu xüsusilə istifadəçilərə paltar və saç kimi detallarla fərdiləşdirmək imkanı təqdim edilr. "AR Emoji", iPhone X-dakından fərqli olaraq yalnız iMessage ilə deyil, WhatsApp kimi məşhur tətbiqlərdə də istifadə edilə bilir.
Galaxy S9 və S9+ın diqqət çəkən digər bir xüsusiyyəti stereo səs sisteminə sahib olmasıdır. Modellərin alt və üstündə yer alan dinamiklər sayəsində video və musiqi məzmunları daha keyfiyyətli bir şəkildə eşidilə bilinir.
Buna əlavə olaraq Samsung-un dijital assistenti "Bixby", artıq canlı tərcümə xüsusiyyətinə qovuşub. Google Tərcümə-də olduğu kimi kameranı bir mətn üzərinə tutduğunuzda bu mətn qəbul edilir və tərcümə reallaşır.
İki model arasında ən əhəmiyyətli fərq Galaxy S9-un 5.8 düym, S9+ın isə 6.2 düym ölçüsündə ekrana sahib olmasıdır. Digər bir fərq isə kameradadır.
Galaxy S9 və S9+, Gecə Qarası, Boz, Mərcan Mavisi və Lila olmaqla dörd fərqli rəng variantına sahibdir.
16 Martda mağazalarda satışa təqdim ediləcək Galaxy S9-un 64 GB modelinin 2000 manatdan baha olacağı açıqlanıb. 64, 128 və 256 GB variantları olan Galaxy S9+ qiymətləri isə 3000 manatadək çıxacaqdır. Yeni modellərin ön sifarişlərinin bu gündən etibarən verilə bilinəcəyi açıqlanıb.
Daha ətraflı: https://www.samsung.com/us/smartphones/galaxy-s9/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























