“PRONET Prospect ERP” və Veysəloğlu saziş imzaladı
Azərbaycanın İT və proqram təminatı bazarında 15 illik uğurlu fəaliyyəti ilə ciddi mövqeyə sahib PRONET Prospect ERP şirkəti ölkənin ən iri holdinqlərindən biri olan Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq barədə saziş imzalayıb. Bu barədə "Marja"ya "PRONET Prospect ERP" şirkətindən bildirilib.
Bir müddət əvvəl orta sahibkarlıq subyektləri üçün İnsan Resurslarının səmərəli idarəedilməsi həlli olan ProİD yaradılıb. Şirkətdə işçi heyətini, davamiyyət, ezamiyyət, məzuniyyət, əməkhaqqı və digər bu kimi proseslərin səmərəli idarəedilməsi imkanı yaradan ProİD, müəssisə və ya şirkətləin, holdinq və korporasiyaların diqqət mərkəzindədir. Artıq onların sırasına Veysəloğlu Şirkətlər Qrupu da daxil olub.
Veysəloğlu Şirkətlər Qrupunda İnsan Resurslarının idarə olunmasının əməkhaqqı, davamiyyət, işə qəbul, daxili sənədlərin idarə olunması, təlim və KPİ prosesləri üzrə avtomatlaşdırma işləri aparılacaq.
Veysəloğlu Şirkətlər Qrupu geniş ticarət şəbəkəsi olub yüksək səviyyəli xidməti ilə seçilən müasir holdinqlərdən biridir. Şirkətlər Qrupuna Veysəloğlu MMC, Ulduz şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, OBA mağazalar şəbəkəsi, Entree kafeləri və s. kimi şirkətlər daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























