Azərbaycanın iri bankı hədəfini böyüdüb
Azərbaycan Beynəlxalq Bankı korporativ bizneslə bağlı əsas hədəflərini açıqlayıb.
Bankın İdarə Heyəti sədrinin Korporativ biznes üzrə müşaviri Ülvi Qasımov "Marja"ya müsahibəsində
bildirdi ki, indi Bankın 3 illik strateji planı hazırlanır:
"2018-ci ilin büdcəsi təsdiqlənib. Burada korporativ bankçılıqla bağlı bir sıra mühüm hədəflər əksini tapıb. Azərbaycan Beynəlxalq Bankı tarixən, demək olar, yalnız iri korporativ layihələrin maliyyələşdirilməsini həyata keçirib. Və belə bir imic formalaşdırıb ki, bu bankdan yalnız iri korporativ kreditlər götürmək mümkündür. Amma bu il Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlığın da maliyyələşdirilməsinə başlayır. Artıq bu sahədə hədəflər müəyyənləşib. Əməkdaşların cəlbi prosesi həyata keçirilir. Müəyyən filiallarda, satış nöqtələrində hazırlıq prosesi aparılır. Ümid edirəm ki, bu yöndə həyata keçirəcəyimiz işlər ölkə iqtisadiyyatına, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli töhfələr verəcək. Tam əminliklə deyə bilərəm ki, bu il bazarda Azərbaycan Beynəlxalq Bankının kifayət qədər aktivliyi görünəcək. Bunu həm müştərilərimiz həm də digər banklar hiss edəcəklər".
"LAYİHƏLƏR AXTARIŞINDAYIQ"
Ölkəmizdəki bir çox banklar kimi Azərbaycan Beynəlxalq Bankı da indi kifayət qədər likvid vəsaitlərə malikdir. O, "Bank izafi likvidlik problemini necə həll edəcək?" sualına aşağıdakı şəkildə cavab verdi:
Biz likvid vəsaitlərimizi müştərilərimizin kredit tələbatlarına yönəltməyə çalışırıq. Qeyd etdiyim kimi, maliyyələşmə üçün banka müraciət edən müştərilərlə görüşlər keçirilir. Müştərilərə həm xarici, həm də milli valyuta ilə kreditləşmə təklif edilir. Xarici valyutada maliyyələşmə təklif etdiyimiz müştərilərdə axtarılan əsas cəhət odur ki, bu müştərilərin xaricdən valyuta daxilolmaları olsun. Yəni, gələcəkdə xarici valyuta ilə bağlı risklər yaranmasın. Bir sözlə, layihələr axtarışındayıq. Elə bu müsahibədə də fürsətdən istifadə edərək, iş adamlarına üz tutub deyirəm ki, yeni layihələriniz varsa, böyük maliyyə tərəfdaşı axtarırsınızsa, Azərbaycan Beynəlxalq Bankına müraciət edə bilərsiniz. Bankın bütün regionlarımızı əhatə edən 36 filialı, 40 şöbəsi var. Bu satış nöqtələrimizin hər birində biz böyük məmnuniyyətlə sizin biznes layihələrinizi qəbul etməyə, dəyərləndirməyə və maliyyələşdirməyə hazırıq".
Ülvi Qasımovun Marja-ya müsahibəsi: http://marja.az/news/21386
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















