"AccessBank" fiziki qüsurlu aktyorlardan ibarət teatrın tamaşasına dəstək verib

Ötən gün Gənc Tamaşaçılar Teatrında Azərbaycanın fiziki qüsurlu aktyorlardan ibarət ilk və yeganə teatrı olan ƏSA-nın "Adamlar və siçanlar" tamaşası nümayiş olunub.
Tamaşa dünyaca məşhur amerikalı yazıçı Con Steynbekin əsəri əsasında hazırlanıb. Tamaşaya maraq olduqca böyük idi. Bunun bariz nümunəsi zalda boş yerlərin olmaması idi. Tədbirə bir sıra məşhur incəsənət xadimlərinin qatılması isə həm aktyor heyətində, həm də tamaşaçılarda həyacanın daha da artmasına səbəb oldu. Onların sırasında xalq artistləri Rafiq Əzimov və Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, yazıçı-publisist Günel Anarqızı, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və s. qeyd etmək olar. Başqa sözlə, gözlənildiyi kimi, anşlaq baş tutdu!
Tamaşadan öncə ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirdi: "Bizə inanan hər bir kəsə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik".
Nihad Qulamzadə tamaşanın baş sponsoru olan AccessBank-a da xüsusi minnətdarlığını ifadə edib: "AccessBank ilə tərəfdaşlıq bizə zövq verdi. Sözün əsl mənasında, AccessBank bizim hər qayğımıza qaldı. Ümid edirəm ki, bu cür münasibəti biz başqa təşkilatlardan da görəcəyik. İncəsənət sahəsinin hər bir kəsin dəstəyinə ehtiyacı var".
Daha sonra teatrın təsisçisi AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Anar Həsənovu səhnəyə dəvət etdi. Anar Həsənov qeyd etdi ki, Con Steynbek "Sıçanlar və adamlar" əsəri ilə dünyaya səs salıb, lakin ƏSA Teatrının kollektivi bu əsəri Azərbaycan xalqına sevdirə bilib: "Bir aktyor üçün bundan böyük nailiyyət ola bilməz. 2016-cı ilin sentyabr ayının 3-də fəaliyyətə başlayan ƏSA Teatrının heç 2 yaşı tamam olmayıb. Lakin bu teatr qısa müddət ərzində öz adını tamamilə doğruldaraq, ƏNGƏLSİZ, SƏRHƏDSİZ və AZAD teatr olduğunu sübüt etdi".
Cənab Həsənovun sözlərinə görə, ƏSA Teatrını yaratmaq böyük bir cəsarət tələb edirdi: "Bu gün fiziki məhdudiyyəti olan insanlara qarşı münasibət birmənalı deyil. Buna baxmayaraq, bu kollektiv qarşısına məqsəd qoyub və öz məqsədlərinə doğru inamla irəliləyir. ƏSA Teatrının ən böyük nailiyyətlərindən biri də odur ki, bu şəxslər fiziki məhdudiyyəti olan bir çox şəxsə inanılmaz stimul verib, onları motivasiya edib. Fiziki məhdudiyyəti olan şəxslərə münasibət dəyişsə, biz əngəlsiz cəmiyyət qurmuş olacağıq. AccessBank-ın böyük bir kollektivi var və bizim komandamızda xeyli sayda fiziki məhdudiyyəti olan şəxslər çalışır. Tam səmimiyyətlə deyirəm ki, onlar öz fəaliyyətində heç kimdən geri qalmır, hətta bir çox hallarda başqalarından daha yaxşı nəticələr göstərir".
Teatr kollektivinin böyük istedada malik olmasına diqqət çəkən Anar Həsənov bildirdi ki, ƏSA qədim ənənələrə malik olan teatr sahəsindəki stereotipləri qırmağa doğru gedir.
"Mən ƏSA Teatrına teatr sənətimizin əsasına çevrilməyi arzu edirəm. Bu uzun yolda biz hamımız - həm tamaşaçılar, həm də incəsənət xadimləri bu teatrın kollektivinə dəstək olmalıyıq. Belə bir fikir var ki, bir aktyor tamaşaçı alqışı üçün yaşayır. Arzu edirəm ki, alqışsız tamaşanız, tamaşaçısız alqışınız olmasın. İnanıram ki, siz bu alqışların haqqını artıqlaması ilə verəcəksiniz", - deyə cənab Həsənov çıxışına yekun vurub.
Bundan sonra tamaşa təqdim edildi. Tamaşa inanılmaz marağa səbəb olub. Yekunda aktorların bir neçə dəqiqə ərzində ayaq üstə alqışlanması bunu deməyə əsas verir.
Fəxrəddin Manafov, Mehriban Zəki, Günel Anarqızı, Rafiq Əzimov kimi incəsənət xadimləri tamaşaya və AccessBank-ın təşəbbüsünə yüksək qiymət veriblər.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
10 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
10 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
11 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
