Azercell Qubada ikinci Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verdi
Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun magazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir.
Belə ki, Azercell 2 mart tarixində Qubada yeni konsepsiyaya uyğun artıq ikinci Eksklüziv mağazasının açılışını edib.
Quba şəhəri,Qələbə küç. 12 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub.
Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.
Qeyd edək ki, Qubada fəaliyyət göstərəcək bu mağaza da həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.
Azercell Telekom yaxın il ərzində yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)







