Rəhbəri erməni olan şirkət Bakıda – FOTO
Tiqran Xudaverdiyanın başçılıq etdiyi “Yandekc.Taksi” şirkəti Azərbaycanda nümayəndəliyini yaradır.
Rusiyada qeydiyyata alınmış “Yandeks.Taksi” şirkəti Azərbaycanda “Yandeks Azerbaijan” adı altında fəaliyyət göstərəcək. Bu şirkət artıq Bakıda işləməyə və personalı toplamağa başlayıb. “Yandeks.Taksi” şirkətinin bura gəlişi haqda yerli KİV-də məlumat gedib.
Bu məlumatla bağlı araşdırma aparılıb.
Məlum olub ki, “Yandeks.Taksi” şirkətinin baş direktoru erməni milliyyətindən olan Tiqran Xudaverdiyandır.
Rəhbəri erməni olan bu şirkətin Bakıya gəlişinə bu sektorda çalışan və adının çəkilməsini istəməyən bir sahibkar münasibətini açıqlayıb. Onun sözlərinə görə, rəhbəri erməni olan şirkətin Azərbaycanda fəaliyyəti arzuolunmazdır:
“Ola bilsin ki, dövlət qurumlarının bundan xəbəri yoxdur; araşdırma aparılmalıdır. Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Ermənilərin rəhbərlik etdiyi bu şirkət Bakının xəritəsini, bütün məlumatlar toplusunu əldə edəcək və təhlükə törədə bilər. Bizi narahat edən məsələlərdən biri budur. İkinci məsələ isə odur ki, taksi xidməti sektorunda on minlərlə insan işləyir, ailəsinə çörəkpulu qazanır. İndi belə çıxır ki, Rusiya kimi bir ölkədən erməni milliyyətindən olan şəxsin başçılıq etdiyi şirkət gəlib bu xidmət bazarına daxil olacaq və yerli taksi şirkətlərinin qazancını əlindən alacaq, ən yaxşı halda, şərik olacaq”.
Sahibkar deyir ki, onsuz da bu sektor Azərbaycanda varlı bir sektor deyil:
“Çoxlu kiçik servislər açılıb, rəqabət həddən artıq yüksəkdir. Təsəvvür edin ki, qiymətlərin artan bir vaxtında avtomobillərin ehtiyat hissələri, yaşayış bahalaşır. Sürücülərimiz özlərini çətinliklə ayaqda saxlayırlar. Belə bir vaxtda 10 milyon əhalisi olan ölkəyə 140 milyon əhalisi olan ölkədən yeni biznes gəlir. Onlar Ukrayna, Ermənistan, Gürcüstanda və başqa ölkələrdə də nümayəndəliklərini açıblar. Bu qədər kapitalı yığıblar və balaca bir bazara gəlirlər. Sual yaranır ki, niyə? Ona görə ki, Azərbaycanda taksi şirkətləri ancaq Bakıda fəaliyyət göstərir. Rayonlarda taksilərin işləməsi kommersiya baxımından səmərəli deyil.
Xarıci şirkət bu bazara müdaxilə edir. Üstəlik, bunun zirvəsində də erməni dayanır. Onsuz da dolanışıq taksidə çox çətindir. Belə olan bir vəziyyətdə nəyə görə Azərbaycanda on minlərlə insan işləyən sektora rəhbəri erməni olan şirkət daxil olsun?! Biz indi əslində öz ölkəmizin sahibkarlıqla məşğul olan insanlarına kömək etməliyik. Onların vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Ancaq kənar bir qüvvə böyük kapitalla kasıb bir bazara daxil olur. Yerli şirkətlər olanda birimiz az, birimiz çox – yenə özümüz qazanırıq. Ancaq bu yeni şirkətin gəlişi, o deməkdir ki, bizim bazarda Tiqran Xudaverdiyan və onun rəhbərlik etdiyi şirkət də qazanacaq.
Bilirsiniz ki, xarici ölkələrdəki erməni diasporu Ermənistana, Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimə maliyyə dəstəyi verir. Tiqran Xudaverdiyan və onun kimi Rusiyada yaşayıb işləyən erməni iş adamlarının da belə bir dəstəkdə payının olduğunu istisna etmək mümkündürmü?! Təsəvvür edin ki, paytaxtımızın strateji obyektləri də daxil olmaqla, bütün xəritə onların əlində olacaq. Bu, ciddi məsələdir. Biz inanırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti, başqa hüquq-mühafizə orqanları bu məsələyə diqqət göstərəcəklər və araşdırma aparacaqlar”.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən portalın əməkdaşına bildirilib ki, məsələ ətraflı araşdırılacaq və nəticəsi haqda məlumat veriləcək.
© Bizimyol.info
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
8 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)












