Nə üçün Şahmar Mövsümov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri təyin olundu?
Xəbər verdiyimiz kimi, 14 mart 2018-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunmuşlar.
Diqqəti cəlb edən maliyyə nazirinin müavini Azər Bayramovun Müşahidə Şurasının sədri vəzifəsindən getməsidir. Bu, Bankın birbaşa olaraq Maliyyə Nazirliyinin nəzarətində olmayacağı deməkdir.
Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Müşahidə Şurasının sədri təyin edilməsi maraq doğurur. "Marja" xəbər verir ki, bu, Fondun Beynəlxalq Bankdakı depoziti ilə bağı ola bilər.
Ötən illərdə bəyan edilmişdi ki, Azərbaycan Dövlət Neft Fondu “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə illik 4%-lə 1 milyard dollar depozit yerləşdirib. Dövlət Beynəlxalq Bankın böyük məbləğdə xarici borclarını üzərinə götürüb, toksit aktivər isə "Azərkredit"ə ötürülüb. Son məlumata görə, Beynəlxalq Bankın ən böyük borcu Dövlət Neft Fondunadır. Bu borcun geri ödənilib-ödənilmədiyi barədə mətbuata məlumat verilməyib. Neft Fondunun Beynəlxalq Bankdan böyük məbləğdə alacağı olduğu üçün Şahmar Mövsümov Müşahidə Şurasının sədri təyin edilə bilər.
Dövlət Neft Fondunun Beynəlxalq Banka yatırdığı 1 milyard dollar depozit Azərbaycan Beynəlxalq Bankının "Xarici öhdəliklərin restrukturizasiyası planına" daxil edilmişdi. Bəyan edilmişdi ki, 1 milyard dollar depozit 3,3 milyard dollar öhdəliyə daxidir və bu borc da dövlətə ötürüləcəkdir. Lakin sonradan dövlətə təxminən 2,3 milyard dollar xarici öhdəliyin ötürüldüyü bəyan edildi. Belə çıxır ki, 1 milyard dollar depozit Beynəlxalq Bankda qalır.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı özəlləşdirməyə hazırlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
44 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
49 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















