Optik internet, rəqəmsal TV və mobil rabitə xidmətləri bir “Qutu”-da
“Nar” istifadəçilərin xərcləri və vaxtına qənaət etmək imkanı verən “Qutu” təklifini yenilədi.
“Qutu” özündə ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən, mobil internet xidmətlərini birləşdirən unikal təklifdir.
22 AZN-dən başlayan yenilənmiş “Qutu” paketlərinə tarifdaxili dəqiqə bonusları əlavə olunaraq ölkədaxili bütün istiqamətlərə zənglər üçün 1000 dəqiqəyədək danışıq, 3 GB-dək mobil internet və sürəti 40 MB-dək olan optik internet təqdim edilir. “Basic” paketinə daxil olan TV kanalların sayı 200-dək artırılmış və 40 HD kanal əlavə edilmişdir. Yeniləşmiş “Qutu” paketlərindən yararlanmaqla istifadəçilər artıq rabitə xərclərinə 70%-dək qənaət edəcəklər.
“Qutu” təklifi hər bir istifadəçiyə ona uyğun olan paketi seçmək imkanı yaradır. Yenilənmiş təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq kifayətdir. Qeyd edək ki, “Qutu” təklifi “Nar” və “CityNet” provayderi tərəfindən təqdim olunur. “Qutu” Azərbaycanın rabitə bazarında optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 22 d. əvvəl
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
1 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
-
1 saat əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
1 saat əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
1 saat əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Ən çox oxunanlar
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir

























