“Azərbaycan Sənaye Sığorta”nın mənfəəti 12 dəfə azalıb - YENİLƏNİB

“Azərbaycan Sənaye Sığorta” ASC 2017-ci ili 141,5 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilin xalis mənfəəti ilə müqayisədə 12 dəfə azdır. Şirkət 2016-cı ili 1 milyon 735 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləri 10 milyon 177 min manat, cəmi xərcləri isə 10 milyon 35 min manat təşkil edib. 2016-cı ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləri 10 milyon 702 min manat, cəmi xərcləri isə 8 milyon 543 min manat təşkil etmiş, 424,2 min manat mənfəət vergisi ödənilmişdi.
İllik müqayisədə, şirkətin topladığı sığorta haqları 6 milyon 395 min manatdan 7 milyon 242 min manata, sığorta ödənişləri isə 3 milyon 230 min manatdan 3 milyon 710 min manata yüksəlib.
XALİS MƏNFƏƏTİN AZALMASININ SƏBƏBLƏRİ
“Azərbaycan Sənaye Sığorta” şirkətinin baş mühasibi Gülmira Quliyeva “Marja”ya bildirdi ki, xalis mənfəətin azalmasına əsasən xalis ehtiyatların dəyişməsi və ötən il kənd təsərrüfatı birkilərinin sığortası üzrə ödənişərin artması təsir edib:
“Xalis sığorta ehtiyatlarının dəyişməsinə bir çox amillər təsir edir. Əgər 2016-cı ildə sığorta ehiyatlarının 1 milyon 643 min manatı gəlirə çevrilmişdisə, 2017-ci ildə bu məbləğ 275,3 min manat təşkil etmişdir. Əgər ehtiyatların gəlirə çevrilməsi az olmasaydı, xalis mənfəətimiz kəskin azalmazdı.
Xərclərin artmasının digər bir səbəbi sığorta ödnişlərinin artmasıdır. 2017-ci ildə don və dolu düşməsi nəticəsində sığortalanmış əkin sahələrinə böyük zərər dəydi. Bu zərər ödənişlərin 2016-cı illə müqayisədə 480 min manat artmasına səbəb oldu”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
