Yaponiya Mərkəzi Bankı siyasətini dəyişdirmədi
Yaponiya Mərkəzi Bankı (BOJ), milli pul vahidi Yendəki son ucuzlaşmanın və Prezident Donald Trump rəhbərliyinin siyasətlərinin təsirlərini görmək üçün gözləməyi üstün tutub, təşviq proqramını və inflyasiya proqnozlarını dəyişdirməyib.
"Marja" xəbər verir ki, Mərkəzi Bankın sədri Haruhiko Kuroda və İdarə heyətinin üzvləri, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların hamısının proqnozlarına uyğun, istiqraz və digər qiymətli kağız alışına eyni sürətdə davam etmək və faizi dəyişdirməmək qərarı veriblər.
İnflyasiya BOJ-un 2 faiz olan hədəfindən olduqca aşağıdır. Ancaq Yenin Dollar qarşısında son dövrdəki ucuzlaşması, zəif valyutanın inflyasiya yarada biləcəyinə görə, mərkəzi bank daha artığını etmək istəməyib. Sentyabr ayından bu yana, əlavə stimul gözləntiləri demək olar ki, azalıb. İndi artan sayda iqtisadçı, BOJ-un bu ilin bir dövründə pul siyasətini sərtləşdirməyə başlayacağını düşünür.
BOJ faizi dəyişdirməyərək mənfi 0.1-də saxlayıb.
Trump-ın siyasətləri və Brexit BOJ-u narahat edir. Çünki bu kimi hadisələr Yaponiya iqtisadiyyatının vəziyyətini sürətli bir şəkildə dəyişə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























