"Qeyri-OPEC ölkələri 2019-cu ildə də kartellə birgə hərəkət edəcək"
Qlobal neft ehtiyatları hələ də normal səviyyədən yüksəkdir.
Bu barədə aprelin 20-də Ciddədə keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih deyib.
O bildirib ki, hazırda bazarda yeni təklif çoxluğu formalaşmaqdadır.
“Qeyri-OPEC ölkələri 2019-cu ildə də kartellə birgə hərəkət edəcək. Hazırkı əməkdaşlıq mexanizmi hələ də nəzərdən keçirilir. Neft hasilatının azaldılmasına dair sazişin nəticələri təqdirəlayiqdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft ehtiyatları son 15 ayda ciddi şəkildə azalıb. Belə ki, ehtiyatlar 300 milyon barrel azalaraq 2,83 milyard barrelə geriləyib. Neft sektorunun isə 4-5 milyon barrel yeni tutuma ehtiyacı var”, – deyə nazir qeyd edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 20 d. əvvəl
-
54 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















