“Neftin qiyməti 100 dollara qalxa bilər”
Səudiyyə Ərəbistanı istədiyinə nail olarsa, dünya bazarında neftin qiyməti 100 dollar/barelə qədər yüksələ bilər.
Bu barədə “USA today” yazıb.
Qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələr 2019-cu ilin ortalarında hasilatın həcminin daha da azaldılması məsələsinə baxır. Bu isə bazarda defisit yaradır.
Belə vəziyyət isə Səudiyyə Ərəbistanının xeyrinə olacaq, çünki IPO-ya çıxmağa hazırlaşan “Saudi Aramco” şirkətinin bu şərtlərdə səhmlərinin dəyəri artacaq.
OPEC nümayəndələrindən biri “Reuters” agentliyinə bildirib ki, Səudiyyə Ərəbistanı neftin qiymətinin artmasına nail olmaq istəyir: “Ola bilər ki, bu, IPO ilə bağlıdır. Amma məsələ təkcə bundan ibarət deyil. “Saudi Aramco” şirkətinin səhmlərinin IPO-ya çıxmasından sonra da rəsmi Ər-Riyad yüksək qiymətləri saxlamaq niyyətindədir. Bu isə həm də ölkə iqtisadiyyatının dəyişməsi üçün pul vəsaitinə ehtiyacın olması ilə bağlıdır”.
“USA Today” iddia edir ki, Səudiyyə Ərəbistanının planları neft bazarındakı mövcud trendlərə ciddi təsir edə bilər. Qəzet yazıb ki, neftin qiymətinin qalxmasına hasilatın azaldılması, yüksək tələbat və geosiyasi gərginlik təsir edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 18 d. əvvəl
-
52 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























