Eldar Mahmudov məhkəməyə verildi
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verilib.
"MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev hər iki şəxslə bağlı məhkəməyə müraciət edib.
O, E.Mahmudova qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. M.Mustafayev iddia ərizəsində sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və sabiq nazirin 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.
Bu iddia ərizəsi baxılması üçün hakim Sərdar Mehrəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası isə aprelin 24-nə təyin edilib.
M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərisəzində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.
Bu iddia ərizəsi üzrə hazırlıq iclası mayın 1-ə təyin olunub. İşə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.
Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.
Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq, onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 d. əvvəl
-
1 saat əvvəl
3 və daha çox uşağı olan ailələrin 5 il tez pensiyaya çıxması təklif edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat xərcləri 150 milyon manatdan çoxdur
-
2 saat əvvəl
Qazaxıstan şirkəti Bakı Ağ Şəhərdə premium yaşayış kompleksi tikəcək - QİYMƏTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gələn il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
-
2 saat əvvəl
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Food Savory Catering - Peşəkar Katerinq Xidmətləri
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 portfelinə daxil edilib
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
Ən çox oxunanlar
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
2008-ci il böhranını əvvəlcədən proqnozlaşdıran “kahin”dən ehtiyatlı mövqe - BİRJALARDA ÇOKÜŞ GÖZLƏYİR
Bazar dəyəri təxminən 32 milyard dollar azaldı - Süni intellektlə (AI) əlaqəli şirkətlər dəyər itirir
Bitcoin-in qiyməti 100 min dollardan aşağı düşüb
Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib
"Yapı Kredi Bank Azərbaycan" müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir!
Birdən-birə ixracda 1-ci yeri tutan Şirinov 8 il azadlıqdan məhrum edildi - 326 milyonluq qaçaqmalçılıq










.webp)








