Bank Respublikadan 5 məsləhət

Bir çox hallarda gündəlik istifadə etdiyimiz üsullara o qədər alışmışıq ki, bu üsulların daha yaxşı alternativləri haqqında heç düşünmürük. Məsələn, kommunal xidmət ödənişlərini bəzi insanlar hələ də bankın ofisində və ya yaxındakı marketdə gedib terminal üzərindən ödəyir. Elələri də var ki, vəsaiti ödəniş üçün dost-tanışdan göndərir. Bu vasitələrə rəğmən, vaxtınız və enerjinizi daha vacib işlərə sərf etmək üzərində düşünün.
Məhz bu məqsədlə, Bank Respublika həyatınızı asanlaşdıracaq 5 faydalı məsləhətini verir.
Kommunal xidmətlərin ödənilməsinə vaxtımız gedir
İşıq, qaz, su, telefon və digər vacib xidmətlərin ödənişlərini bankın Mobil və İnternet şöbələri üzərindən yerinə yetirmək olar. Buradan “Avtoödəniş” xidmətinə qoşulsanız həmin ödənişlərin qayğısı bir daha Sizi narahat etməyəcək. Avtoödənişi tarix və ya yaranmış borc üzrə seçdikdən sonra tələb olunan məbləğ kartdan avtomatik ödəniləcək.
Hərdən cərimələrimiz olur
Təəssüf ki, arada sürət həddini aşmaq və ya qırmızı işıqda yolu keçmək kimi anlaşılmazlıqlar da baş verir. Bu qaydaların pozulması müqabilindəki cərimələri də Mobil Şöbə vasitəsilə ödəmək olar. Amma yaxşı olardı ki, sükan arxasında daha diqqətli olaq.
Qohumlara və dostlara pul göndəririk
Bir çoxları üçün bəlkə yenilik olar, amma pulları birbaşa mobil telefondan da köçürmək olar və yaxın adamınız vəsaiti bankın istənilən filialından qəbul edə biləcək. Beləliklə, Mobil və İnternet şöbələrin “Vektor” bölümü üzərindən ölkə üzrə pul köçürmələrini bir toxunuşla yerinə yetirmək olar. Belə bir zərurət tez-tez yarandıqda “Vektor” kartını sifariş edirsizniz və köçürmə birbaşa karta mədaxil olunacaq.
Ailə büdcəsinə nəzarət etmək zərurəti
Nəzərə almaq lazımdır ki, ailəmizin hər bir üzvünün öz tələbatı var. Övladranızın məktəbdəki gündəlik xərclərini “İlk kart” ilə qarşılamaq olar. Bu vasitə uşaqlarda ödənişləri qeyri-nağd şəkildə aparmağı erkən vaxtlardan vərdiş halına gətirəcək, valideyinlərə isə ailə büdcəsinə nəzarət etməkdə yardımçı olacaq. Əlavə bank kartı ilə yaxınlarınız da Sizin bank hesabınızdan faydalana biləcəklər.
Banka getməyə vaxt yoxdur
Növbə gözləməkdən heç kimin xoşuna gəlmir. Əsas odur ki, tez olsun, istər hesaba pul qoymaq, istərsə də kredit ödəmək. Biz bunu gözəl başa düşürük. Artıq vaxt itirməmək üçün “Mobil Vizit” xidmətindən istifadə edib növbədəki sıra nömrənizi öncədən alın. Banka gəldikdə isə həmin nömrəni təqdim etmək yetərlidir ki, Sizə dərhal xidmət göstərilsin.
Vərdiş etdiyimiz həll üsullarını bir çox hallarda ən düzgün çıxış yolu kimi zənn edirik. Lakin yuxarıda qeyd olunanlar onu göstərdi ki, həyatımızı bir qədər də asanlaşdıra bilərik. Bank Respublikanın analoji təklifləri haqqında ətraflı məlumat rəsmi saytda təqdim edilib. Əlavə suallara 144 qısa nömrəsinə zəng və ya Facebook üzərindən müraciət etsəniz məmnuniyyətlə cavab verərik.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
-
30 d. əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
