"AtaBank"ın vəziyyəti məlum oldu
"AtaBank" ASC 2018-ci ilin 1-ci rübünü 341 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci ilin 1-ci rübü ilə müqayisədə 3,5 dəfə azdır. “AtaBank” ASC 2017-ci ilin 1-ci rübünü 1 milyon 178 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “AtaBank”ın cəmi gəlirləri 12 milyon 996 min manat, o cümlədən faiz gəlirləri 10 milyon 669 min manat, qeyri-faiz gəlirəri 2 milyon 328 min manat təşkil edib.
“Caspian Development Bank” qovuşmamışdan öncə, ötən ilin yanvar-mart aylarında “AtaBank”ın cəmi gəlirləri 11 milyon 4 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 704 min manat, qeyri-faiz gəlirləri 1 miyon 300 min manat təşkil etmişdi.
XƏRCLƏRİ DƏ ARTIB
"AtaBank"ın faiz və qeyri-faiz xərcləri 2017-ci ilin 1-ci rübündəki 9 milyon 172 min manatdan 2018-ci ilin 1-ci rübündə 12 milyon 163 min manata qalxıb. Bankın mənfəətinin azalmasına xərclərin artması səbəb olmuşdur.
2018-ci ilin 1-ci rübündə, xərclər gəlirərdən çıxıldıqdan sonra “AtaBank”ın əməliyyat mənfəəti 834 min manat təşkil edib. Əməliyyat mənfəətinin 493 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
2017-ci ilin ilk rübündə "AtaBank"ın əməliyyat mənfəəti 1 milyon 832 min manat təşkil etmiş, Bank kredit və depozit itkiləri üzrə ehtiyata 645 min manat ayırmışdı.
AKTİVLƏRİ AZALSA DA, KAPİTALI ARTIB
31 Mart 2018-ci il tarixində "AtaBank" ASC 619 milyon 512 min manat cəmi aktivlərə, 472 milyon 352 min manat cəmi öhdəliklərə və 147 milyon 159 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2017-ci il tarixində "AtaBank" 625 milyon 860 min manat cəmi aktivlərə, 479 milyon 387 min manat cəmi öhdəliklərə və 146 milyon 473 min manat cəmi kapitala malik idi.
KREDİTLƏR CÜZİ ARTIB
"AtaBank"ın müştərilərə verdiyi kreditlər 464 milyon 34 min manatdan 464 milyon 331 min manata, xalis kreditlər isə 415 milyon 422 min manatdan 416 milyon 400 min manata yüksəlib.
ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
İlk 3 ayda "AtaBank"da cəmi depozitlər 329 milyon 408 min manatdan 329 milyon 106 min manata gerilyib. Fiziki şəxslərin müddətli depozitləri isə 258 milyon 150 min manatdan 279 milyon 874 min manata qalxıb
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
7 d. əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 11 d. əvvəl
- 11 d. əvvəl
-
13 d. əvvəl
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
- 26 d. əvvəl
- 35 d. əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
Fevralın 27-də gözlənilən hava şəraiti
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib




















