İnternet provayderlərinin uçotunun aparılması qaydası dəyişib
Nazirlər Kabineti “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nda dəyişiklik edib.
İnternet telekommunikasiya xidməti göstərən provayder dedikdə, internet provayder və host provayder nəzərdə tutulur.
Qüvvədə olan Qaydaya əsasən operatorların və provayderlərin uçotu operatorların və provayderlərin və ya onların səlahiyyətli nümayəndələrinin müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu Qayda əsasında aparılır. Operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində nazirlikdə uçota durmalıdırlar. Operatorlar və provayderlər uçota alınmaları üçün “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə, ərizəni elektron qaydada doldururlar. Ərizəyə vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti, habelə olduğu halda hüquqi şəxsin nizamnaməsinin surəti, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanının IV hissəsinə əsasən müəyyənləşdirilmiş və təqdim olunmuş texniki-təşkilati şərtlər və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə və müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanətin surəti və xidmət göstərməyə başladığı ilk abunəçi (abunəçilər) ilə bağlanılmış müqavilənin (müqavilələrin) təsdiq olunmuş surəti (surətləri) (bu Qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər istisna olmaqla) əlavə edilir. Uçota alınma üçün təqdim edilmiş ərizə tam şəkildə doldurulmadıqda və ya ərizəyə qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatların daxil edildiyi müəyyən olunduqda, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə operatorun və provayderin uçota alınmasından imtina edilir. İndiyə qədər göstərilən xidmətlərin texniki-təşkilati imkanları "Telekommunikasiya haqqında” qanuna uyğun olmadıqda da operatorun və provayderin uçota alınmasından imtina edilib. Dəyişikliyə əsasən bundan sonra göstərilən xidmətlərin texniki-təşkilati imkanları bu Qaydada nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (ərizədə göstərilən xidmətlərin texniki-təşkilati imkanlarına nazirlik tərəfindən aidiyyəti qurumların iştirakı ilə baxış keçirilir) operatorun və provayderin uçota alınmasından imtina ediləcək.
Qüvvədə olan Qaydaya əsasən bu hallar olmadıqda, operator və provayder uçota alınır. Dəyişikliyə əsasən isə bu halda operator və provayderin uçota alınması üçün konkret müddət müəyyən edilib. Başqa sözlə, imtina üçün əsaslar olmadıqda, 7 iş günü müddətində operator və provayder uçota alınacaq.
İndiyə qədər operatorlar və provayderlər uçota alınma üçün təqdim etdikləri məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verdiyi gündən 10 gün müddətində təsdiqedici sənədləri müraciətinə əlavə etməklə nazirliyə məlumat veriblər. Dəyişikliyə əsasən bundan sonra uçota alınması üçün təqdim edilmiş məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, operatorlar və provayderlər və ya onların səlahiyyətli nümayəndələri dəyişiklik baş verdiyi gündən 10 gün müddətində “Elektron hökumət” portalı vasitəsilə təsdiqedici sənədləri müraciətlərinə əlavə etməklə nazirliyə məlumat verəcəklər. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciət zamanı verilən məlumatların qəbul edilməsi barədə müraciət edən şəxsə elektron təsdiqetmə bildirişi göndəriləcək. Həmin müraciətə nazirlik tərəfindən 3 iş günü müddətində baxılacaq və uçot məlumatlarında dəyişiklik ediləcək.
İndiyə qədər operatorlar və provayderlər tərəfindən rabitə şəbəkələrinin əlavə (xüsusi) texniki vasitələrlə təchiz edilməsi əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün rabitə şəbəkələrinin telekommunikasiya operatorları və provayderləri tərəfindən əlavə texniki vasitələrlə təchiz edilməsi qaydaları ilə tənzimlənib. Uçota alınmış operatorlar və provayderlər fərdi məlumatlar sahəsində qanunvericiliyə uyğun tədbirlər görməli və onun tələblərinə əməl etməli idilər. Dəyişikliyə əsasən bu müddəalar ləğv edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
2 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
2 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
2 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar












.jpg)



.jpg)


