Fitch-dən neft barədə xəbərdarlıq!
Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", ABŞ-ın İrana qarşı tətbiq etməyə hazırlaşdığı sanksiyaların qlobal tələb-təklif nisbətinə təsir edə biləcəyi barədə xəbərdarlıq edib.
"Marja"nın məlumtına görə, Agentliyin yaydığı açıqlamada bildirilir ki, "ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyalar, 2018-2019-ci illərdə qlobal neft tələb-təklif balansında kəsir yaranması ehtimalını artırır".
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Hazırda neft qiymətlərinə dair proqnoz verməyin çətin olduğuna diqqət çəkilən açıqlamada, neftdə yaranacaq təklif kəsirinin, OPEC ölkələrinin hasilatının azaldılması barədə növbəti razılığa gəlməsinə mane olacağı qeyd edilib.
Açıqlamada, "İranda neft istehsalının dinamikası, qlobal tələb-təklif tarazlığı baxımından orta perspektivdə əsas faktorlardan biri olacaq. İran 2015-ci ildə gündəlik 2,8 milyon barrel olan istehsalını, 2017-ci ildə 3,8 milyon barrelə yüksəldib. OPEC ölkələri isə gündəlik hasilatı 1,8 milyon barel azaltmağa qərar veriblər". ifadələri istifadə edilib.
İranın sanksiyalar tətbiq edilmədən neft hasilatını artıra biləcəyinə işarə edilən açıqlamada, "Brent neftinin qiyməti bir müddət 70 dolların üzərində qala bilər. Bu qismən geosiyasi risklərin qiymətlərə əks olunmasından qaynaqlanır. Lakin yüksək neft qiymətləri davam etməyə bilər. ABŞ-da şist nefti hasilatı səbəbindən bir çox qlobal neft istehsalçısı qiymətlərini 50-60 dollar aralığına tənzimləmişdir",- deyilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
-
55 d. əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
13 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
14 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Qlobal bazarlar Trampın qərarını gözləyir
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
Ən çox oxunanlar
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır





















