Tramp-ın islahatı 5 min Alman şirkətini vurdu
1 Maydan etibarən ABŞ-a idxal edilən polada 25 faiz, alüminiuma da 10 faiz əlavə gömrük vergisi tətbiq edilməsi 5 min Almaniya şirkətinə təsir göstərəcək. Bu şirkətlərin illik dövriyyəsinin 532 milyard avro olduğu və çoxunun vergilərdən mənfi təsirlənməmək üçün istehsalını ABŞ-a köçürəcəyi gözlənilir. Almaniya bundan narahatdır.
"Marja" xəbər verir ki, Almaniyanın Maliyyə Nazirliyi, ABŞ Prezidenti Donld Trampun, Avropa Birliyi və bir çox ölkəni əhatə edən polad və alüminiuma tətbiq etdiyi yeni vergilərin 5 min Alman şirkətinə təsir edəcəyini açıqlayıb. Vergilərdən təsirlənən Amerika ilə əlaqəli Alman şirkətlərinin böyük əksəriyyətinin müəssisələrini yüksək vergi ödəməmək üçün ABŞ-a köçürməkdə qərarlı olduğu bildirilib.
İXRACIN 42%-İ AVTOMOBİLDİR
Digər tərəfdən ABŞ, vergi islahatı çərçivəsində birbaşa investisiyaları artırmaq üçün mənfəət vergisini 35%-dən 21%-ə salaraq yeni investorlara imkanlar təqdim etməyə hazırlaşır. Federal Maliyyə Nazirliyinin mütəxəssisləri, ABŞ-ın vergi islahatı nəticədində Alman şirkətlərinin ABŞ-a köçəcəyindən, bunun qarşılığında ABŞ şirkətlərinin isə ABŞ xaricində investisiya etməyəcəyindən narahatdırlar. ABŞ-a gedəcəyi düşünülən şirkətlərin illik ümumi dövriyyələrinin 532 milyard Avro olduğu bildirilib.
Ən çox ABŞ-a avtomobil sektorundakı şirkətlərin gedəcəyi gözlənilir. Almaniyanın ABŞ-a illik ixracının 42%-ni avtomobil və yan sənaye məhsulları təşkil edir
Almaniyada hər dörd işləyəndən biri, Almaniya sənayesində isə hər iki çalışandan biri ixracata bağlı olaraq çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
31 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)








.jpg)







