Neftin qiyməti Səudiyyənin istədiyi səviyyəyə çatdı
Bu gün Bakı vaxtı ilə saat 13:48-də Brent neftinin barelinin qiyməti 80 dolları görüb.
"Marja" xəbər verir ki, bu gün Brent nefti 0,8% bahalaşıb.
Neft, London birjasında 2014-cü ildən bu yana ilk dəfə bareli 80 dollara yüksəlib.
ABŞ-da anbararda neft ehtiyatları azalıb. Eyni zamanda, ABŞ tərəfindən OPEC-in üzvü olan İrana yenidən sanksiyalar tətbiq ediləcəyi və bu ölkənin ixracının azalacağı gözlənilir. Həmçinin Yaxın Şərqdə gərginlik artır. Digər tərəfdən OPEC və tərəfdaşları hasilatlarını azaltmaqla qlobal neft təklifi artıqlığını demək olar ki, aradan qaldırıblar. Bütün bunlar neft qiymətlərinin yüksəlməsinə səbəb olur.
Qlobal investisiya bankı "Goldman Sachs", ABŞ-da artan nefti hasilatının sanksiyalardan sonra İranın azalacaq neft hasilatının yerinə keçə bilməyəcəyini açıqlayıb.
Bir müddət əvvəl Səudiyyə Ərəbistanı, neft şirkəti "Saudi Aramco'"nun ilk İPO-su (səhmlərinin birjada ilk satışı) ərzində şirkəti dəstəkləmək üçün neftin qiymətini 80 dollara qaldırmaq istədiyinə işarə etmişdi.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, "Time" jurnalına verdiyi müsahibədə, "Suudi Aramco"nun ilk İPO-sunun neft qiymətlərindəki yüksəlişlə eyni vaxta təsadüf edəcəyini demişdi. Belə bir vəziyyət səhmlərin daha baha satılmasına səbəb ola bilər.
Məhəmməd bin Salman, "Neft qiymətlərinin bu il artacağına, 2019-da daha da yüksələcəyinə inanırıq ki, bu səbəbdən, doğru vaxtı seçməyə çalışırıq" demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)






.jpg)





