Azərbaycan Türkiyənin üçüncü ən iri elektrik enerjisi təchizatçısıdır
2016-cı ildə Türkiyə 213 mln. 614,469 min dollarlıq elektrik enerjisi idxal edib.
Bu göstərici 2015-ci illə müqayisədə 34% azdır. Belə ki, 2015-ci ildə qonşu ölkə 325 mln. 171,296 min dollarlıq elektrik enerjisi idxal edib.
Türkiyə alternativ və bərpa olunan enerji mənbələrinin hesabına elektrik enerjisinin idxalını azaldıb.
Türkiyənin xarici ticarət statistikasını incələyən zaman məlum olur ki, ötən il Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan alınan elektrik enerjisinin həcmi 17,8% azalaraq 4 mlrd. 366 mln. 780 min kilovat/saat səviyyəsinə enib. 2015-ci ildə Türkiyə 5 mlrd. 313 mln. 935 min kilovat/saat elektrik enerjisi idxal edib.
Türkiyə ötən il ən çox sentyabr ayında elektrik enerjisi idxal edib. Həmin ay qonşumuz Yunanıstan, Bolqarıstan, Gürcüstan və Azərbaycandan ümumilikdə 477 mln. 289 min kilovat/saat enerji idxal edib və bunun üçün 24 mln. 662 min dollar ödəyib.
2016-cı ildə Türkiyə ən çox Bolqarıstandan elektrik enerjisi idxal edib. Bolqarıstandan idxal olunan 2 mlrd. 745 mln. 497 min kilovat/saat enerji üçün 127 mln. 436 min 573 dollar ödəyib. Siyahıda Bolqarıstanı Yunanıstan, Azərbaycan və Gürcüstan təqib edib.
Hesabat dövründə Yunanıstandan idxal etdiyi 750 mln. 973 min kilovat/saat elektrik enerjisi üçün 42 mln. 659 min 741 dollar ödəyən Türkiyə, Azərbaycandan 645 mln. 633 min kilovat/saat elektrik enerjisi alıb və bunun üçün 34 mln. 90 min 317 dollar ödəyib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























