Türkiyə Mərkəzi Bankından yeni faiz qərarı - LİRƏ BAHALAŞIR
Türkiyə Mərkəzi Bankı yeni fazi qərarını açıqlayıb.
"Marja" Bankın yaydığı məlumata istinadən xəbər verir ki, 1 İyun 2018-ci il tarixindən etibarən bir həftəlik repo faizi 16.5 faiz təşkil edəcəkdir:
"Bir həftəlik repo hərracı faiz nisbəti Mərkəzi Bankın əsas pul siyasəti faizi olacaqdır. Bu nisbət, mövcud maliyyələşmə faizinə (16,50 faiz) bərabərdir. Mərkəzi Bankın gecəlik borclanma və borcvermə nisbətləri bir həftəliki repo faiz nisbətilə müqayisədə -/+ 150 bəndlik marja ilə müəyyən olunacaqdır".
23 May 2018-ci il tarixində Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırmşdı.Həmin gün 4.9253 səviyyəsinə qalxan Dollar/TL məzənnəsi faiz qərarının ardından 4,54 səviyyəsinə qədər geriləmişdi. Sonradan məzənnə 4,80 səviyyəsinədək yüksəlmişdi.
Bu gün Türkiyə Mərkəzi Bankının açıqlamasından sonra da Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi 3%-dən çox düşərək 4.5623 səviyyəsinə geriləyib (Saat 13:20-yə olan məlumat).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























