"Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla danışıqlar aparmağa hazırıq"
"SOCAR-ın fəaliyyət istiqamətləri neft-qaz hasilatı və nəqli ilə məhdudlaşmır".
Bunu bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycanın karbohidrogen ehtiyatları emal və kimya sənayesinin inkişafı üçün mühüm stimuldur:
"Bu gün SOCAR emal və kimya sənayesinə öz töhfəsini verməklə, neft və qaz sənayesindən əldə etdiyi gəlirlərə əlavə dəyər qatır. Bu istiqamətdə gerçəkləşdirilən layihələr mövcud sənaye müəssisələrimizlə inteqrasiya ediləcək və onların effektivliyi daha da artırılacaq. Respublikamızda neft-qaz emalı və kimya sənayesi ölkə iqtisadiyyatının artan templərinə uyğun olaraq durmadan inkişaf edir. Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azərikimya” İB-də mövcud emal və neft-kimya qurğularının modernləşdirilməsi, yenidən qurulması, yeni qurğuların inşa olunması məqsədi ilə aparılan tədbirlər məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinə, Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edir. SOCAR eyni zamanda ölkədə istehsal olunan neft və qaz emalı məhsullarının çeşidinin artırılması üçün yeni layihələr icra edir. Artıq bu il istismara veriləcək SOCAR Polymer, Karbamid zavodu, Türkiyədə STAR neft emalı zavodu layihələri iqtisadiyyatımızın şaxələndirilməsi, aqrar sənayenin və qeyri-neft sektorunun inkişafı, habelə region bazarlarının etibarlı təminatı baxımından əhəmiyyətli rola malikdir".
R.Abdullayev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının tərkibində yaradılan SOCAR Polimer layihəsi çərçivəsində, ölkəmizdə əvvəllər istehsal olunmayan, lakin dünya bazarlarında böyük tələbat duyulan polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üçün yeni qurğular quraşdırılır. SOCAR prezidenti qeyd edib ki, zavodda istehsal ediləcək polimer məhsulları müxtəlif istehlak məhsullarının istehsalı üçün xammal kimi istifadə ediləcək, bu da öz növbəsində, ölkə daxilində orta və kiçik sahibkarlığın inkişafı üçün münbit şərait yaradacaq:
"Həmçinin cari ildə Yeni Qaz Emalı Kompleksinin tikintisinə başlanması planlaşdırılır. Kompleksdə təbii qaz, xüsusən də səmt qazı karbon qazından təmizlənəcək. C2+ fraksiyalar qazın tərkibindən ayrılaraq polimer məhsullarının istehsalı üçün istifadə ediləcək, təmizlənmiş yanacaq qazı isə ölkə təsərrüfatına veriləcək. Yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla aparılan danışıqlarda layihəyə böyük maraq müşahidə edilir. Bu layihəyə maraq göstərən yeni tərəfdaşlarla da danışıqlar aparmağa hazırıq".
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
1 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
2 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
3 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
3 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
























