Auditdən keçdi, mənfəətə çıxdı
“Rabitəbank”ASC-nin audit olunmuş maliyyə hesabatına əsasən, bank 2017-ci ili 217 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bank rüblük hesabatında ötən ili 11 milyon 563 min manat zərər ilə bağladığını açıqlamışdı.
“Marja” audit hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 30 milyon 965 min manat olmuş faiz gəlirləri 2017-də 26 milyon 554 min manata düşüb. Qeyri-faiz gəlirləri isə 5 milyon 26 min manatdan 6 milyon 866 min manata yüksəlib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Ötən il “Rabitəbank”ın əməliyyat gəliri 24 milyon 67 min manat, xərcləri isə 23 milyon 850 min manat təşkil edib. Nəticədə Bank 217 min manat xalis qazanc əldə edib.
Audit hesabatına görə, 2017-ci ildə “Rabitəbank”ın zərəri 22 milyon 689 min manat təşkil edib. Rüblük hesabatda zərər 12 milyon 873 min manat olaraq açıqlanmışdı.
Bankın dəyərsizləşəmə üzrə zərəri də azalıb. 2016-cı ildə 30 milyon 607 min manat olmuş bu zərər, 2017-də 8 milyon 337 min manata düşüb. Bu, bankın kreditlərinin pisləşməsinin azaldığına işarədir.
“Rabitəbank”da müstəqil auditi "KPMG Audit Azərbaycan" şirkəti aparıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat sonra
-
-
14 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
14 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 15 saat əvvəl
-
15 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
15 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















