Mexanika qiymətinə avtomat avtomobil - 2200 AZN ENDİRİM
Volkswagen Bakı Mərkəzi Cümhuriyyətin yüz illik yubileyi münasibətilə unikal “Xalq Avtomobili” kampaniyasını təqdim edir.
2200 AZN ENDİRİM
Kampaniya çərçivəsində iyun ayı ərzində avtomatik sürət qutusu ilə təchiz olunmuş Volkswagen Polo Sedan Comfortline avtomobili bazarda öz seqmentində çox sərfəli qiymətə, 25700 AZN deyil, 23500 AZN-ə təklif olunacaq. Avtomobillərin sayı məhduddur.
MEXANİKA QİYMƏTİNƏ AVTOMAT
Bu model daha yüksək komplektasiyaya və orta seqment üçün çox sərfəli göstəricilərə malikdir. Faktiki olaraq, mexaniki sürət qutusu ilə təchiz olunmuş modelin qiymətinə təklif olunan avtomat sürət qutusu ilə təchiz olunan Polo Sedan Comfortline, öz seqmentində lider avtomobil modellərindən biridir.
23 500 AZN qiymət isə onu öz sinfində ən sərfəli edir. Alman avtomobilini bir sıra Asiya istehsalçılarının uyğun seqmentdəki alternativlərindən belə daha sərfəli qiymətə əldə etmək mümkün olacaq.
CƏMİ 5999 MANAT İLKİN ÖDƏNİŞ TƏLƏB OLUNUR
Bundan əlavə olaraq, “xalq avtomobili”-ni analoqu olmayan, 5999 AZN ilkin ödəniş şərtləri ilə də əldə etmək mümkündür. Belə ki, bütün xərclər daxil olmaqla, 36 aylıq, ilkin ödənişi cəmi 5999 AZN və aylıq 737 AZN-ə 2018-ci il istehsalı Polo Sedan Comfortline avtomobilinə sahib ola biləcəksiniz.
“Xalq avtomobili” kampaniyası çərçivəsində təqdim olunan avtomobillərin sayı məhduddur və yalnız iyun ayı ərzində satılan avtomobillərə şamil olunacaq. Daha ətraflı məlumatı *7788 nömrələri ilə əlaqə saxlayaraq və ya Babək pr. 35a ünvanında yerləşən avtosalona yaxınlaşaraq əldə edə bilərsiniz.
Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi "Euro Style LTD" öz innovativ xidməti və müştəri yönümlü kampaniyaları ilə daim öndə olan şirkətdir. Ötən il 20 illik yubileyini qeyd edən Volkswagen Bakı Mərkəzi müxtəlif sərfəli təklifləri, endirim kampaniyaları və verdiyi imkanları ilə daim öz müştərilərini sevindirməkdədir. Bu sırada Volkswagen Passat modelinə verilən ekslyüziv qiymət və 5 il tam pulsuz servis xidməti, rəsmi servisdə “İl boyu endirim” kampaniyası və başqa təklifləri göstərmək olar. Yüksək keyfiyyətli xidmət və hər alıcı seqmenti üçün nəzərdə tutulan avtomobillər təqdim etmək şirkətin başlıca məqsədidir.
Əlaqə telefonu: *7788
(+994 12) 555 77 88
https://www.facebook.com/VolkswagenAZ
https://www.instagram.com/volkswagen_azerbaijan/

Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 1 d. əvvəl
-
19 d. əvvəl
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
-
28 d. əvvəl
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
-
1 saat əvvəl
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
-
1 saat əvvəl
İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır
-
1 saat əvvəl
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
-
2 saat əvvəl
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
Ən çox oxunanlar
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb
Rabitəbankdan 33 illiyinə özəl "30+3" Lombard kampaniyası
Azərbaycan neftinin son qiyməti
























