"İçkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir"
“Plastik qablaşdırma materialları qlobal problemdir. Beynəlxalq səviyyədə bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir. Polietilenin çürüyərək, yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazımdır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. O qeyd edib ki, həmin qablardakı kimyəvi maddələr məhsulun tərkibinə keçir:
“Biz özümüz bilərəkdən bu qablardan dəfələrlə istifadə edirik. Marketlərdə satılan sərinləşdirici içkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir. Azərbaycana gətirilən malların çoxu plastik qablardadır. Bir sıra ölkələr bu problemin həlli üçün vacib işlər görüb”.
Nazirlik rəsmisi qeyd edilib ki, Azərbaycanda plastik qabların geri alınması tərcüməsinin olmaması ciddi problemlər yaradır: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı iş aparacaq. Yenidən toplanma təkrar istehsal üçün nəzərdə tutulmur. Bu gün plastik qablardan istifadə 10-12 faizdir. 60-cı illərdə isə bu rəqəm 1 faiz olub”.
“Kağız və şüşə qablaşdırmaya üstünlük verməliyik”
“Polietilen qablar və torbalar böyük problemdir. Nazirlik polietilen qabların əvəzinə kağız və parça materialların istifadəsini məsləhət görür. Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Mağazalarda təklif edilən məhsulların demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib. O bildirib ki, artıq konteynerlər sifariş olunub:
“Konteynerlərin Bakı, Sumqayıt və Gəncədə yerləşdirilməsi üçün məktublar göndərilib. Müəyyən məsələlər dövlət səviyyəsində həllini tapmalıdır. Əhali bu təhlükənin real olmasını bilərək düşünməlidir. Hər bir xanım öz çantasında parçadan olan torba apara bilər. Alış-veriş edərkən kağız və şüşə qablaşdırmaya üstünlük verə bilərik”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























