Hyundai futbol bayramı ərəfəsində ağıllı texnologiyalarını nümayiş etdirir - VİDEO
Dünya futbol bayramını qeyd edir. Dörd ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı bu yay Rusiyada baş tutur.
Çempionatın rəsmi tərəfdaşı Cənubi Koreyanın “Hyundai Motor” şirkətidir. Şirkət rəsmi tərəfdaş olmaqla bərabər, sürücüyə və sərnişinlərə kömək edən ağıllı texnologiyalarını tanıdır.
“Hyundai” brendinin 2018 FIFA futbol üzrə dünya Çempionatına həsr olunmuş reklam kampaniyası üçün məşhur pop-rok qrupu “Maroon 5” tərəfindən “Three Little Birds” (“Üç balaca quş”) mahnısı ifa edilib.
Yeni reklam kampaniyası üçün "Three Little Birds" musiqisindən istifadə edilməklə hazırlanmış klipdə “Hyundai Motor” şirkəti tərəfindən yaradılmış intellektual texnologiyalar nümayiş etdirilir. Klipdə, “səyahət zamanı təhlükələri unut” mesajı verilir. Ağıllı Hyundai avtomobilləri təhlükəsiz və rahat səyahət təmin edir.
Klip futbol stadionunun fonunda çəkilib və 2018 FIFA futbol üzrə dünya Çempionatı zamanı yayımlanacaq.
Reklam klipində nümayiş etdirilən intellektual texnologiyalardan biri təhlükəsiz çıxış yardımçısı texnologiyasıdır (SEA - Exit Assist Safe). Əgər avtomobilin qapılarını açmaq təhlükəlidirsə, sistem, sərnişin açmaq istəyərkən qapıları avtomatik bloklayır.
Reklam çarxında nümayiş etdirilən digər bir ağıllı texnologiya toqquşmanın qarşısını alan texnologiyadır (Forward Collision Avoidance Assis). Bu texnologiyalar yeni Santa Fe və Kona modellərində mövcuddur.
Avtomobil istehsalçıları, o cümlədən “Hyundai Motor” daha çox təhlükəsizlik sistemlərindən istifadə etmək və yaratmaq istəyir. Məqsəd avtomobil sürməyi daha rahat və komfortlu etməkdir.
Həmçinin “Hyundai Motor” Moskvada "FIFA dünya futbol Muzeyi" (FIFA World Football Museum) ekspozisiyasını açmışdır. Burada futbol azarkeşlərinə futbol və onun tarixi barədə məlumatlar verilir. Həmçinin, Dünya Çempionatı zamanı “Hyundai Motor” tərəfindən maraqlı müsabiqələr keçirilir və azarkeşlər mükafatlar qazanmaq imkanını əldə edirlər.
Hyundai-ın yeni reklam kampaniyası üçün hazırlanmış reklam:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
18 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























